Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Bakıda qəbiristanlıqda quldurluq və soyğunçuluq edən şəxslər tutulub Adalet.az | Bakıda qəbiristanlıqda quldurluq və soyğunçuluq edən şəxslər tutulub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda qəbiristanlıqda quldurluq və soyğunçuluq edən şəxslər tutulub

5275    |   2018-10-30 11:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.İsmayılov oktyabrın 28-də rayon ərazisindəki qəbiristanlıqda 2 nəfərin onu döyərək pulunu və 2 ədəd mobil telefonunu aldığını bildirib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla Bərdə rayon sakini olan Sənan Səlimov və Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nicat Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların oktyabrın 27-də soyğunçuluq yolu ilə Bərdə rayon sakini olan bir yeniyetmənin pulunu və mobil telefonunu aldıqları da müəyyən edilib.

Nizami RPİ-də araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2019-01-18
2019-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK