adalet.az header logo
  • Bakı 11°C
30 Oktyabr 2018 11:34
9892
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: DƏRD SUSDURDU MƏNİ...

Kirpi tək yumrulanıb ...
Dərdin tikanları var...
Ürəyi qanadmağa -
Hər cür imkanları var...

Bu sonuncu gecədi -
Dərdlə mənim aramda ...
O güc gəldi ! - göyərtdi -
İstəklərin yaramda...

Ahım cadar bağladı ...
Ünüm tökdü yarpağın...
Halına da ağladı -
üstümdəki torpağın...

Susdum... dilim diş altda
Sıxıldı , ürəyim tək...

Əlini gözlərimə ,
Sonra da üzünə çək...