Azərbaycan neftinin qiyməti artıb
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar ucuzlaşaraq 77,18 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar bahalaşaraq 67,18 dollar olub.
Azərbaycan neftinin isə qiyməti artıb. "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar bahalaşaraq 78,59 dollar təşkil edib.