adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Oktyabr 2018 17:34
4170
HADİSƏ
A- A+

Məktəb Bakıda 15 yaşlı şagirdin qaçırıldığını təkzib etdi

Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qızın qaçırılması barədə xəbər yayılıb.

Bu barədə hüquq-mühafizə orqanlarına qızın anası – 38 yaşlı Samirə Əliyevanın məlumat verdiyi bildirilir. İddia olunur ki, anası oktyabrın 28-də qızı X.Mikayılovanın 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlandığını söyləyib.


Məsələ ilə bağlı Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbdənModern.az-a açıqlama verilib.

Bildirilib ki, Mikayılova X.-nin anası ilə əlaqə saxlanılıb. Ana qızının hazırda evdə olduğunu deyib.

"Həmçinin valideyni vurğulayıb ki, onun qızının 2 gün dərsə gəlməməsinin səbəbi xəstə olmasıdır”.

Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az yazıb.