adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Oktyabr 2018 17:43
11642
DÜNYA
A- A+

Merkel istefa verəcəyini açıqladı

Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyəcəyini və vəzifədən istefa verəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə A.Merkel keçirdiyi mətbuat konfransında deyib.

O, ümumiyyətlə siyasətdən uzaqlaşacağını da bildirib.

A.Merkel bu gün həmçinin sədri olduğu Xristian-Demokrat Partiyasının sədrliyinə seçkilərdə namizədliyini verməyəcəyini açıqlamışdı.