adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Oktyabr 2018 17:20
16717
MƏDƏNİYYƏT
A- A+

Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xatirə tədbiri

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş xatirə tədbiri keçirilib. 

Adalet.az xəbər verir ki, tədbir paytaxtın "Bəh Bəh” restoranında baş tutub. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti, əfsanəvi "Qaya" kvartetinin solistlərindən biri Rauf Babayev, ictimaiyyət nüməyəndələri həmçinin jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən Rauf Babayev bu kimi yaradıcı görüşlərin ərsəyə gəlməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Müslüm Maqomayev yaradıcılığı çoxşaxəli idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı. M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib . Daha sonra tədbirdə Tamerlan Yusipov, Svetlana Qasımova və Kamran Rzayev dünya şöhrətli Müslüm Maqomayevin repertuarından mahnılar ifa ediblər. Mərasim canlı olaraq facebook sosial şəbəkəsində yayımlanıb. 

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Dünya şöhrətli müğənninin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı 2017-ci il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.