adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Oktyabr 2018 17:12
6485
HADİSƏ
A- A+

Bakıda elektrik dirəyinə çırpılan maşının sürücüsü öldü

Nərimanov rayonu Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, oktyabrın 27-də saat 22 radələrində Ağdam rayon sakini Məhəmməd Əliyev idarə etdiyi "Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü oktyabrın 28-də orada ölüb.