MTN generalının vəkili hakimlərə etiraz edib
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.
Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə general S.Qurbanovun vəkili Adil İsmayılov hakimlər heyətinə etiraz edib.
Vəkil bildirib ki, ayrı-ayrı adamların əmlakları S.Qurbanovun mülkiyyəti kimi təqdim olunaraq müsadirə edilib.
Təqsirləndirilənlərdən S.Qurbanov və Füzuli Əliyev vəsatətin təmin edilməsini istəyib. Digərləri isə məhkəmə mülahizəsinə buraxıb.
Digər təqsirləndirilənlər Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayev 3 il, Elşad Əzizov 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.