adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2018 18:25
55307
AVTOMABİL
A- A+

"BMW" 1,6 milyon avtomobili geri çağırır - SƏBƏB?

Almaniyanın "BMW" şirkəti dünyada 1,6 milyon avtomobili geri çağırır.

Trend-in məlumatına görə, geri çağırılma işlənmiş qazların ötürmə sistemində mümkün nasazlıqla əlaqədardır.

Qeyd olunur ki, bu qüsur bəzi hallarda yanğına səbəb ola bilər.

Geri çağırılma 2010-cu ilin avqustundan 2017-ci ilin avqustunadək istehsal olunan avtomobillərə şamil edilir.