adalet.az header logo
  • Bakı 17°C
29 Oktyabr 2018 15:35
14522
SİYASƏT
A- A+

Con Boltonun Qafqaz səfərinə Rusiyadan baxış

" Beynəlxalq təhlükəsizlikdən danışarkən Rusiya bütün faktorlara diqqət yetirməlidi. Con Boltonun Zaqafqaziya ölkələrinə səfəri göstərir ki, ABŞ Rusiyanın cənub sərhədlərinə yiyələnməyə cəhd edir. O, Azərbaycanı beynəlxalq terrorizmlə birgə mübarizə aparmağa, enerji resurslarının istifadəsində əməkdaşlıq etməyə, ABŞ istehsalı olan silahların alınması təklifləri ilə çıxış etməklə, öz yanlarına çəkmək istəyir. Amma unudur ki, bu gün Azərbaycan MDB çərçivəsində Rusiyanın ən etibarlı tərəfdaşıdı və ölkələrimizi çoxtərəfli münasibətlər birləşdirir. 

Ermənistanda olarkən Bolton faktiki olaraq Dağlıq Qarabağ məsələsinin tezliklə həll edilməsi üçün ciddi addımlar atılmasını tələb etdi. Bununla o, yenidən hakimiyyətə gəlmək istəyən Paşinyanı bu ağır yükü çiyninə almağa və faktiki olaraq Azərbaycanla müharibə başlamağa təhrik etdi. Bu isə hər iki xalqa və eyni zamanda Rusiyaya vurulan ağır zərbə ola bilər. 

Gürcüstanın NATO-ya cəlb olunması məsələsi isə bu gün Rusiya əleyhinə Avropaya yerləşdirilən silah sursat planının davamıdı." 


 İqor Morozov,
 Rusiya Fedarasiya Şurasının üzvü