adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Oktyabr 2018 10:09
11590
ƏDƏBİYYAT
A- A+

GƏNC YAZARLAR EFİRİ MANISLARIN ƏLİNDƏN ALMAĞA ÇALIŞIR

«Ədalət» qəzetinin də dəstək verdiyi bir qrup gənc «Hər yer ədəbiyyat» adlı bir layihə həyata keçirirlər. Yorulub yolda qalmasalar pis deyil. Gündəmi də bir balaca ələ keçiriblər. Özəl kanallar bu layihə ilə maraqlanmağa başlayıblar . Elçin Əlibəylinin «El bizim, sirr bizim» proqramı bu gənclərə yer verir, sağ olsun.

«İctimai» televiziya da bu layihəyə yer ayırdı, təqdirəlayiqdi.

Bazar günü də Rövşanə Ağasəfqızı ARB-dəki «Düz bazar» verilişini bu gənclərə bağışladı. Sağ olsun, maraqlı bir veriliş alındı, gənclər də ürəklərini boşalda bildilər. Amma baxıram, sosial şəbəkələrdə verilişə və aparıcıya ironiya edirlər, özü də gənc yazarlar.

Elə eləyin üzünüzə qapıları bir də açsınlar.

Digər kanallar da bu gənclərə bir az geniş yer versə, xalqın qulağı manısların qalmaqalından bir az dincələr.