Aqil ABBAS: ŞUŞA BAKIYA GƏLMƏK ÜÇÜN AYAQQABILARINI GEYİNİR

AQİL ABBAS
73709 | 2018-11-04 11:25

Didəsinə ermənibayrağı sancılmış göz bəbəyimiz Şuşa bir il gözlədi, bizdən bir hay çıxmadı. İki ilgözlədi, yenə gördü bizdən bir hay yoxdu.Üç il gözlədi, dörd il gözlədi, beş il gözlədi. Yenə bir hay çıxmadı. Qəzetimizin əməkdaşı Kərim Kərimli«qonaq» kimi Stepanakertə keçəndə soruşdu:

-Ə, Kərim, oğul, bə bu camaat harda qaldı?

Kərimdə bilmədi nə cavab versin. Başını saldı aşağı, dedi:

-Camaat ayaqqabısını geyinir. Geyinib qurtarankimi gələcəklər.

-Bə, hökumət harda qalıf?

-Hökumət də ayaqqabısını geyinir. Bir tayınıgeyinib, bir tayını da ATƏT götürüb aparıb, gətirib vermir. Hökumət də qalıb təkiskat.

Şuşaistəyirdi Kərim Kərimli ilə çox dərdləşsin, Aşot Kərimin qolundan tutub maşına tərəf dartdı ki:

-Görüş vaxtı qurtardı!

ŞuşaKərimi basdı bağrına, o üzündən- bu üzündənöpdü və dedi:

-Ə, Kərim, bax, nə təhər deyirəm, get heylə də Bakıdakılara de. Əyər bu yaz da gəlifçıxmasalar, özüm duruf gələjəm Bakıya. Söyməlini söyəjəm, üzünə tüpürməlinin üzünə tüpürəjəm.Ondan sonra görüm xəjələtinizdən qonum-qonşunun üzünə nejə baxajaxsınız?

Sonrabir-iki ovuc da torpaq tökdü Kərim müəllimin cibinə. Dedi apar ver bəzi-bəzi millət qəhrəmanlarına,soxsunlar gözlərinə.

Kərimmüəllim də gəldi Bakıya. Bəzi-bəzi millət qəhrəmanlarına gücü çatmadı, o torpaqdan bir az mənim gözüməsoxdu, bir az da dost-tanışın. Kərim müəllimin torpaqgətirdiyini eşidib bir çimdik torpaq üçün redaksiyaımıza o qədər zəng vuranlaroldu ki! Bu zəng vuranlardan bir qoşun düzəltmək olardı və qoşunla dadüz Zəngəzura çıxmaq olardı. Şuşada nə demişdi, Kərim müəllim hamısını bitdə-bitdə«Ədalət» qəzetinə yazdı. Oxuyan oxudu, oxumayan oxumadı. Dilxor olan dilxor oldu, dilxor olmayan dilxor olmadı.

Yazda gəldi çıxdı, nə camaat ayaqqabısını geyinib qurtardı, nə də ATƏT hökumətin ayaqqabısının tayını qaytarıbverdi. Bir sözlə, üzümüzə gələn yazda da Şuşada tonqal qalanmayacaq.

İndiŞuşa xəbər göndərib ki, görürəm sizdən birkəramət yoxdu. Darıxmışam sizlərdən ötrü, özüm ayaqqabılarımı geyinib durub gələcəm sizin yanınıza. Amma bilmirəm, gündə xarici qonaqları qəbul eləyənlər, qəşəng-qəşəng partiyaların başqanlarıvaxt tapıb məni də qəbul edəcəklərmi?Bax ha, gələndə armud ağacını da özümlə gətirəcəm…Özünüz başa düşdünüz də?!


TƏQVİM / ARXİV