adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2018 12:58
10545
ƏDƏBİYYAT
A- A+

Qollarımı sarmaşıq kimi dolayım bədəninə...

Adalet.az Oğuz Ayvazın yeni şeirini təqdim edir:


gedirsən, gedirsən,
elə bu saniyə küləyə qarışacaqsan,
yoxluğun çökəcək üzərimə,
dolu kimi yağacaq üstümə...

gedirsən, gedirsən,
gözlərini, əllərini, saçlarını da aparırsan,
oysa gözlərindən başlamışdı yol xəritəmiz,
əllərində bitmişdi rəngli günlərimiz,
uzun saçlarınla hörülmüşdü ömrümüz...

gedirsən, gedirsən,
bir kəlimə demədən gedirsən,
bir ayaq saxla deyirəm,
bəlkə illərdən yapışaq,
bəlkə günəşi saxlayaq,
bir dayan,
qollarımı sarmaşıq kimi dolayım bədəninə...

gedirsən, getmirsən,
bir qərar verə bilmirsən
yorğun abidə sökülür gözlərində
indi tək bu sözdən ibarətsən: "getmə"