Əbülfət MƏDƏTOĞLU: BU DA BİR GERÇƏK...
Elə istəyirəm qovuşsa yolum ,
Bir az önə çıxım , öndə dayanım...
İndi ki, kölgənəm - qoy özün olum -
Mən də günə çıxım , gündə dayanım!..
Gecəmi gündüzə calaq vuraraq
İçimdə qəm adlı alaq vuraraq...
Sənsiz dözməyən də - araq vuraraq -
Yaşım o yaş deyil - tində dayanım!..
Allahın hər cürə payı içində
Əbülfət gün görmür ayı içində...
İtim adamların sayı içində -
Çıxıb adamlıqdan - gendə dayanım!..