adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Oktyabr 2018 10:00
10152
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: AYAQDA DAYANA BİLSİN...

Dərdim təklikdən yarıcan,
Çəkisi yoxdur darıcan...
Sən ona söylə barı, can! -
Ayaqda dayana bilsin...

Kövrək duyğular yarısan,
Ağrımaz yaram, sarısan!
Bir dəfə bildir yarısan, -
Ayaqda dayana bilsin!..

De ki, mən yarıyam, tənəm,
Sevginə bütöv Vətənəm!
Doğrusu, mən elə, sənəm -
Ayaqda dayana bilsin...