Eldar Əzizov Bakıda Qərargah yaratdı
"2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı Şəhər İcra Hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi Qərargah yaradılıb”.
"Rayonlara Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb. Şəhərdə çoxmənzilli yaşayış binalarının giriş qapıları, blokların və dam örtüklərinin təmiri, ümumi istifadə yerlərinin, blok pəncərələrinin şüşələnməsi, yaşayış binalarında, məktəbəqədər və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında, sosial obyektlərdə istilik sistemlərinin saz vəziyyətə gətirilməsi məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.
"Hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlər görəcəklər. Bununla əlaqədar xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb.
Hazırda Qərargah üzvləri mütəmadi olaraq toplaşır və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını müzakirə edir. Görülən işlərin əsas məqsədi qış aylarında sakinlərimizin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsidir”.