adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Oktyabr 2018 18:38
14672
DÜNYA
A- A+

Rusiyada sərxoş qadın uşağını balkondan atdı

Kareliyada 20 yaşlı sərxoş qadın azyaşlı qızını ikinci mərtəbədən ataraq yatmağa gedib.

Adalet.az xəbər verir ki, hadisə oktyabrın 26-na keçən gecə Borovoy qəsəbəsində baş verib.

Uşaq yüksəklikdən yerə düşsə də, sağ qalıb. Qonşuların sayıqlığı nəticəsində o, küçədə qalaraq donmayıb və xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.

Qadın barəsində isə cinayət işi açılıb.