adalet.az header logo
  • Bakı 13°C
28 Oktyabr 2018 17:33
3861
HADİSƏ
A- A+

Xaçmazda və Cəlilabadda yanğın olub

Xaçmaz şəhərində bir-birinə bitişik tikilmiş, hər birinin sahəsi 20 m2 olan iki köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Cəlilabad rayonunun Privolnoye kəndində isə ümumi sahəsi 108 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı və çardağı 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.