adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Oktyabr 2018 17:40
11278
DÜNYA
A- A+

Tramp Hindistan səfərindən imtina etdi

ABŞ prezidenti Donald Tramp Hindistana səfər təklifinə rədd cavabı verib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp gələn il yanvarın 26-da Hindistanda keçiriləcək Respublika günü ilə bağlı mərasimə qatılmaqdan imtina edib. O, hansı səbəbdən belə addım atdığını açıqlamayıb.

Qeyd edək ki, Trampın Hindistan səfərindən imtinası iki dövlət arasında geosiyasi məsələlərə dair fikir ayrılığı ilə əlaqələndirilir.