adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2018 16:09
13031
DÜNYA
A- A+

Tramp cəzaları sərtləşdirmək istəyir

ABŞ prezidenti Donald Tramp Pittsburq şəhərindəki sinaqoqa silahlı hücumdan sonra ölüm cəzası haqqında qanunu sərtləşdirməyə çağırıb.

Adalet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında günahsız insanları öldürənlərin ən ağır şəkildə cəzalandırılmalı olduğunu bildirib.

"Düşünürəm ki, bizim atmalı olduğumuz birinci addım bu qanunun sərtləşdirilməsidir”, - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, bu gün ABŞ-ın Pittsburq şəhərindəki sinaqoqa silahlı hücum nəticəsində ən azı 8 nəfər həlak olub.