adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Oktyabr 2018 12:28
7203
MƏMLƏKƏT
A- A+

Çaylarda suyun səviyyəsi artıb

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 66,5 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 5 sm artım qeydə alınıb, lakin Surrada 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2017-ci il oktyabrın 26-da 350 sm), Şirvanda 201 sm (2017-ci il oktyabrın 26-da 203 sm), Salyanda 147 sm (2017-ci il oktyabrın 26-da 165 sm), Bankədə 172 sm (2017-ci il oktyabrın 26-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il oktyabrın 26-da 78 sm) təşkil edib.