adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Oktyabr 2018 17:08
5688
GÜNDƏM
A- A+

Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".