warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Sergey Markov: Dünya və bəşəriyyət Humanitar Forumun keçirilməsinə görə Bakıya minnətdar olmalıdır Adalet.az | Sergey Markov: Dünya və bəşəriyyət Humanitar Forumun keçirilməsinə görə Bakıya minnətdar olmalıdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Sergey Markov: Dünya və bəşəriyyət Humanitar Forumun keçirilməsinə görə Bakıya minnətdar olmalıdır

6860    |   2018-10-27 15:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Beynəlxalq Humanitar Forumu möhtəşəm layihədir, dünya və bəşəriyyət bu layihəni həyata keçirdiyi üçün Azərbaycana minnətdar olmalıdır.

Bunu Trend-ə rusiyalı politoloq, Dövlət Dumasının deputatı Sergey Markov deyib.

S.Markov qeyd edib ki, bu prosesdə Rusiya nümayəndə heyəti də fəal iştirak edir və bu cür irimiqyaslı dialoq platforması RF və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaranıb. Bununla belə, tədbirin yüksək səviyyədə təşkilində və keçirilməsində əsas rolu Azərbaycan oynayır:

"Dünyada çoxlu sayda kəskin və kəskinləşməkdə olan humanitar problemlər mövcuddur və ortaq çıxış yolu tapmaq üçün bunları müzakirə etmək lazımdır. Qloballaşma dinamik olaraq irəliləyir və bu, yaxşı haldır. Amma bəzən idarə olunmur və sosial ədalətsizliyin artmasına səbəb olur. Bir sözlə, əhalinin böyük hissəsi qloballaşmaqdan faydalana bilmir, amma başqalarının ondan yararlandığını müşahidə edir".

Onun sözlərinə görə, başa düşmək lazımdır ki, qloballaşmaya qoşulma bir çox məsələdən biridir: "Digər problem onunla bağlıdır ki, qloballaşma şəxsiyyət böhranına gətirib çıxarır. Amma belə bir rəy var ki, multikulturalizm böhranı da mövcuddur. Şəxsən mən bu fikirlə razı deyiləm. Fikrimcə, multikulturalizm böhranı yoxdur, çünki multikulturalizm yenicə inkişaf edir”.

Politoloqun fikrincə, dünyada multikulturalizmin konkret forması kimi tolerantlıq böhranı mövcuddur və bunun məğzi ondan ibarətdir ki, tolerantlıq digər insanın fərdiliyini diqqətə almamaq cəhdi kimi nəzərə alınır.

S.Markov əlavə edib ki, bu baxımdan daha bir vacib fenomen təhsildir: "Müasir insan hər 5-10 ildən bir peşəsini dəyişməli olur. Bu isə o deməkdir ki, o, daim təhsil almalıdır".

Ekspert yekunda bildirib ki, bütün bu problemlər beynəlxalq platformalarda müzakirə olunmalıdır.




İmza:

Ukrayna MSK: Seçkinin qalibi Vladimir Zelenskidir - YENİLƏNİB

Bu ölkədə kilsə üzvlərinin cəmi 43%-i Allaha inanır

Türkiyədə müxalifət liderinə hücum olub

İranda 17 məktəb daşqınlara görə bağlanıb

Parisdə "sarı jiletlilər"in aksiyasında 70-ə yaxın saxlanılan var - YENİLƏNİB

Türkiyə ordusu 4 şəhid verdi

Dövlət Baxçalı İstanbuldakı bələdiyyə seçkilərinin ləğv etdirilməsinə çalışır

Vəhşi it körpəni beşikdən oğurladı - FOTO

Gürcüstanda yeni iqtisadiyyat və dayanıqlı inkişaf naziri təyin olunub

Notr-Dam kilsəsində alışmaya səbəbin qısa qapanma olduğu ehtimal olunur

Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin fəxri sədri seçilə bilər

Tramp qızını Dünya Bankına prezident qoymaq istəyib, İvanka rədd edib

SON XƏBƏRLƏR
2019-04-22
2019-04-21
2019-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK