adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Oktyabr 2018 14:18
15971
DÜNYA
A- A+

Səudiyyə Kaşoqinin qatillərini Türkiyəyə verməyəcək

"Jurnalist Camal Kaşoqinin ölümündə təqsiri olanlar ölkəmizdə mühakimə ediləcək”

Adalet.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr deyib. Nazir bildirib ki, cinayət Səudiyyə və Türkiyə ədliyyə orqanları əməkdaşları tərəfindən araşdırılır.

"Kaşoqi cinayəti isterik bir hal alıb. Araşdırmalar vaxt alır. Həqiqət araşdırma davam etdikcə ortaya çıxacaq. Cinayətdə əli olanlar Səudiyyə Ərəbistanında mühakimə olunacaq”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif etmişdi.