Bakının mərkəzində “Audi” qaçırılıb
Bakının mərkəzi hissəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15 radələrində İstiqlaliyyət küçəsindən "Audi” markalı avtomobilinin qaçırıldığını bildirib.
Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib.
Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Anar Əhmədov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Səbail RPİ-də araşdırma aparılır.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19