adalet.az header logo
  • Bakı 19°C
27 Oktyabr 2018 11:12
3987
GÜNDƏM
A- A+

Azərbaycan deputatı Gürcüstanda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan deputatı Gürcüstanda prezident seçkilərini müşahidə edəcək.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı Musa Quliyev oktyabrın 27-dən 29-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin xətti ilə müşahidəçi qismində oktyabrın 28-də keçiriləcək Gürcüstan Prezidenti seçkilərinin gedişini izləyəcək.

Seçki günü deputatımız demokratik seçki qaydalarına riayət edilməsinə, müxtəlif seçki məntəqələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcək.

Səfər çərçivəsində QDİƏT PM-in müşahidə missiyasının üzvləri ilə birgə Gürcüstan MSK-nın təmsilçiləri ilə görüşəcək. Seçki başa çatdıqdan sonra brifinqdə iştirak edəcək.