adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Oktyabr 2018 00:33
5100
GÜNDƏM
A- A+

ZAQATALA: BURADA AÇILAN HƏR SƏHƏR...

... "Qızıl payız"ın pik dövrünü yaşayan "Qızıl güllər diyarı", bərəkətli, bağ-bağatlı Zaqatala rayonu, gözəl Zaqatala şəhəri bu yaxınlarda keçirilən Beynəlxalq festivaldan sonra da sanki özünün bayram libasındadır. Təbiət füsnkarlığının və şəhər mədəniyyətinin vəhdəti əslində elə hər günün xoş bir ovqatla yaşanması deməkdir.
Cənab Prezident respublikamızın inişafı, tərəqqisi üçün həmişə ən doğru yolu göstərir, qayğı və diqqətini heç bir bölgədən, ən ucqar yerlərdən belə əsirgəmir. Bu mənada Zaqatala rayonu rəhərliklə camaatın bu qayğı və diqqətə ən layiqli cavabı timsalında xüsusi bir nümunədir. Son illərin inkişaf və tərəqqisini görüb izlədikcə, Zaqatalanın daha parlaq günlərinin yaşandığına qəlbən sevinirsən, qürur hissi keçirirsən. Vətən hər yerdə, hər məkanda əzizdir axı!
Ölkə rəhbərliyinin etimadı yüksək idarəçilik və xalqa, vətənə bütün varlığı ilə göstərilən xidmətlə qazanıla bilər. Bütün bu məziyyətləri iş üslubunda və xarakterində birləşdirən rayon rəhbərini kabnetində az-az tapmaq mümkündür. Günün çox hissəsini kəndlərdə, şəhərin müxtəlif yerlərində camaatla bir yerdə olmaq, işgüzar və səmimi görüşlər keçirmək Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin həyat kredosu, uğurlu iş prinsipidir. Belədə cənab Prezidentin müxtəlif iclas və tədbirlədəki çıxışlarını, tövsiyələrini bir daha xatırlayırsan... Bütün bunlara layiqincə əməl etmək, nümunə göstərmək bir şərəf məsələsidir həm də.
İnam və etibar, münasibət aydınlığı da göz önündədir, daim diqqət mərkəzindədir. Sakinlər rayonda aparılan çoxistiqamətli quruculuq işlərinə, rifah halının yüksəlişinə, sosial-iqtisadi və mədəni inkişafın bəxş etdiyi uğurlara - adi günlərin də sanki bir bayram əhval-ruhiyyəsi ilə yaşandığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həmişə minnətdar olduqlarını bildirirlər.
Bütün bunların gerçək nümunəsi kimi bu günlərdə keçirilən 2018-ci ilin doqquz aylıq yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağında geniş söhbət getmiş, bütün istiqamətlər üzrə görülən işlər və qazanılan uğurlar təhlil edilmişdir. Yığıncaqda məruzə ilə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə demişdir:
- 25 ildən çoxdur ki, müstəqilliyinin bərpasının bəhrələrini yaşayan Azərbaycan xalqı öz Prezidentinə dərin inam nümayiş etdirərək, ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır, regionda və dünyada ən inkişaf etmiş nümunəvi bir dövlət qurmaqda, onu möhkəmləndirməkdə inamla davam edir. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında inkişafımızın təməlində həm düşünülmüş siyasətin, həm güclü iradənin, eyni zamanda, güclü iqtisadiyyatın dayandığını deyən Prezident İlham Əliyev bildirdi ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuş, Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmiş, ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atıldığını deyən dövlətimizin başçısı, sosial-iqtisadi inkişaf göstəricilərini diqqətə çatdıraraq bildirdi ki, bu ilin doqquz ayında ümumi daxili məhsulumuz 0,8 faiz, qeyri-neft sektorumuz 1,0 faiz, sənaye istehsalı 2,0 faiz, qeyri-neft sənayemiz 10,8 faiz, kənd təssərrüfatı 4,3 faiz, xarici ticarət dövriyyəmiz 37,0 faiz, qeyri-neft ixracımız isə 14,0 faiz, valyuta ehtiyatlarımız 3,0 milyard dollar artaraq 45,0 milyard dollara çatmışdəır. Ölkə iqtisadiyyatına qoyulmuş 9,0 milyard dollar sərmayənin 5,6 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilmiş, 85 min daimi iş yeri yaradılmış, əhalinin gəlirləri 9,5 faiz artmış, inflyasiya isə cəmi 2,6 faiz olmuşdur. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir...
Diqqəti digər məsələlərə də yönəldən icra başçısı daha sonra rayonda görülən işlər barədə ətraflı məlumat vermişdir. M.Əhmədzadənin məruzəsində vurğulandığı kimi Zaqatala rayonunda 2018-ci ilin doqquz ayında sənayedə 52,2 milyon manat, kənd təsərrüfatında 107,7 milyon manat, tikintidə 18,4 milyon manat, ticarətdə 59,6 milyon manat, rabitədə 1,7 milyon manat, nəqliyyatda 3,6 milyon manat olmaqla cəmi 243 milyon 271 min manat məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 12,0 faiz, pullu xidmətlərin həcmi 2,5 faiz artmış, 937-i daimi olmaqla 1033 iş yeri açılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 18 milyon 951 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 18 milyon 362 min manat təşkil etmişdir.
2018-ci ilin doqquz ayı ərzində rayonda sahibkarlığın davamlı inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd təsərrüfatı sahələrini kiçik həcmli investisiya layihələrin maliyyələşdirilməsi məqsədi ilə 19 layihə üzrə 242,0 min manat həcmində güzəştli kredit verilmişdir. Doqquz ayda rayonun iqtisadiyyatına qoyulmuş 3 milyon 437 min manat investisiyanın 78,3 faizi xidmət sahələrinin inkişafına, 17,5 faizi yaşayış evlərinin tikintisinə, 4,2 faizi ticarət sahəsinin inkişafına cəlb edilmişdir.
Cari ilin ötən dövründə büdcəyə vergi və tədiyyələr üzrə 5,9 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 104,7 faiz icra edilmiş, bu da keçən illə müqayisədə 268,4 min manat çoxdur. Gəlirlərin 23,1 faizi dövlət sektorunun, 76,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 1 milyon 540 min manat subsidiya alınmış, büdcə xərcləri 6 milyon 587 min manat və ya 90,9 faiz icra olunmuşdur.
Doqquz ayda 295 pensiya işi təyin edilmiş, 16751 pensiyaçıya xidmət göstərilmiş, 3 milyon 90 min manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 91,2 faiz icra edilmişdir.
Hesabat dövründə rayonda 200 nəfər kimsəsiz qocalara xidmət göstərilmiş, 5213 nəfərə sosial müavinət, 379 nəfərə Prezident təqaüdü, 375 ailənin 1440 üzvünə ünvanlı sosial yardım verilmişdir.
Rayonda 1316 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 511 nəfər münasib işlə təmin olunmuş, "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq 320 nəfər "Öz biznesinə başla və təkmilləşdir" mövzusunda xüsusi təlimlər keçmiş, imtahandan keçmiş 100 nəfərə öz biznesinə başlamaq üçün mal-material verilməsi nəzərdə tutulmuşdur.
Respublika Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiqinə dair sərəncamının icrası olaraq Rayon İcra Hakimiyyəti yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitəsinin tərkibinə yenidən baxılmış, aparılan maarfləndirmə və məlumatlandırma tədbirləri nəticəsində 223 nəfərin rəsmi məşğulluğunun təmin edilməsi təmin olunmuşdur.
2018-ci ilin doqquz ayında rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 9,0 faiz artaraq 107 milyon 71 min manata çatmışdır.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı rayonda bütün imkanlar səfərbər olunaraq kənd təsərrüfatı işləri aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilmiş, rayonda cari ilin məhsulu üçün 10933 ha sahədə payızlıq taxıl, o cümlədən 7581 ha sahədə buğda sahələrinə aqrotexniki xidmət göstərilmiş, 28605 ha sahədə yazlıq bitkilər olmaqla, 4002 ha sahədə qarğıdalı, 4 ha sahədə vələmir, 278 ha sahədə paxlalılar, 182 ha sahədə günəbaxan, 1559 ha sahədə kartof, 2117 ha sahədə tərəvəz, 3855 ha sahədə yonca, 797 ha sahədə bostan bitkiləri 157 ha sahədə qazanlıq gülü, 35 ha sahədə lavanda, əkilmişdir.
Doqquz ayda rayonda 35978 ton taxıl, o cümlədən 25017 ton buğda, 22255 ton qarğıdalı, 423 ton günəbaxan, 18765 ton kartof, 21225 ton tərəvəz, 9040 ton bostan məhsulu, 407 ton quru tütün, 24074 ton meyvə, 200 ton üzüm, 38 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.
İri buynuzlu mal-qaranın baş sayı 60677 baş, qoyun-keçilərin baş sayı 167521 baş olmuş, rayonda 6863 ton diri çəkidə ət, 32084 ton süd, 16696 min ədəd yumurta, 299 ton yun istehsal edilmişdir.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ