adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Oktyabr 2018 18:47
14493
GÜNDƏM
A- A+

ARDNF-də Uruqvayın Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüş keçirilib

2018-ci ilin 26 oktyabr tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Uruqvayın Nümayəndələr Palatasının sədri Xorxe Qandininin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan  verilən məlumata görə, görüş zamanı Ş.Mövsümov qonaqlara ARDNF-nin tarixi, məqsəd və vəzifələri, investisiya siyasəti və investisiya portfeli, Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində görülən işlər, "Santyaqo Prinsipləri”, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsində ARDNF-nin rolu barədə məlumat verib.

Uruqvayın Nümayəndələr Palatasının sədri X.Qandini Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirib. Uruqvaydakı iqtisadi vəziyyət barədə məlumat verən X.Qandini Azərbaycan və Uruqvay arasında ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Nümayəndə heyəti Fondun binası və muzeyi ilə tanış olublar.