adalet.az header logo
  • Bakı 18°C
26 Oktyabr 2018 18:32
3173
GÜNDƏM
A- A+

Bakı Forumunda Bakı Prinsipləri qəbul olundu

Dayanıqlı İnkişafa dair Bakı Forumunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair Bakı Prinsipləri qəbul edilib.

Adalet.az-ın məlumatına görə, Bakı Prinsiplərində BMT-nin İnkişaf Qrupu tərəfindən DİM-lərin icrasına dəstək üçün təqdim olunan "İnteqrasiya, Sürətləndirmə və Siyasətə Dəstək” (MAPS) platformasının tətbiqində Azərbaycanın 2017-ci ilin may-iyun aylarında həyata keçirilmiş MAPS missiyası ilə başlayan təcrübəsinə əsaslanmaq tövsiyə olunur.

Bakı Prinsiplərində Dayanıqlı İnkişaf Məqsədlərinn inteqrasiyası və onların icrasının sürətləndirilməsinə diqqət yetirməklə yanaşı, DİM-lərin maliyyələşdirilməsi və onların icrasına dair hesabatların verilməsi məsələlərini də diqqət mərkəzində saxlamaq öz əksini tapıb.

Bakı Prinsipləri qəbul edir ki, DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsi çoxillik prosesdir və həm Azərbaycan, həm də BMT tərəfindən uzunmüddətli və ardıcıl əməkdaşlığın təmin olunmasını şərtləndirir.