adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Oktyabr 2018 18:08
5185
GÜNDƏM
A- A+

Bu il dövlət qulluğuna qəbul müsabiqələrində 457 namizəd işə təyinat alıb

Dövlət İmtahan Mərkəzinin (DİM) bu il ərzində dövlət orqanlarına işə qəbulla bağlı keçirdiyi müsabiqə üzrə müsahibələr zamanı 457 namizəd işə təyinat alıb.

Bu barədə Adalet.az-a mərkəzdən məlumat verilib.

Bu il ərzində ümumilikdə DİM-ə 94 dövlət orqanı üzrə 3849 vakansiya təqdim olunub. Müsahibələrdə iştirak üçün 8433 namizəd qeydiyyatdan keçib. Onlardan 2568 nəfəri müsahibəyə gəlib və 979 namizəd uğur qazanıb:

"Müsabiqənin müsahibə mərhələsi üzrə göstəricilərdən aydın olur ki, 470 nəfər (47.4%) dövlət qulluğuna qəbul olunmuş, 211 nəfər (21.3%) ehtiyat kadrlar bazasına daxil edilib. Dövlət orqanları tərəfindən dövlət qulluqçularının Reyestrinə isə həmin şəxslərin 393-ü haqqında məlumat daxil edilmişdir. Məlumdur ki, qanunvericiliyə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün dövlət orqanının rəhbərinə təqdim olunurlar. Hesabatdan aydın olur ki, 263 nəfərlə (26.5%) bağlı isə dövlət orqanı tərəfindən müvafiq qərarın verilməsi gecikir".