adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Oktyabr 2018 16:41
6552
MƏMLƏKƏT
A- A+

Bakıda axşam güclü külək əsəcək

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşam saatlarında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-sı axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 18-23, dağlarda 6-9 dərəcə isti təşkil edəcək.