Faiq QİSMƏTOĞLU: ADAM OLMA

FAİQ QİSMƏTOĞLU
43468 | 2018-10-26 14:31

… Bir müəllimimizvardı – Əvəz müəllim! Daha doğrusu, məktəbin direktoru idi. Əvəz müəllimdən nəinki biz, hətta müəllimlərbelə çəkinirdi. O, məktəbin həyətinə girəndə şagirdlərdən tutmuş müəllimlərə qədərhamı özünü yığışdırardı. Çünki Əvəz müəllim bir müəllimin, bir şagirdin nöqsanınıgörən kimi ondan əl çəkməz və uzun müddət nəzarətdə saxlayadı. Ta o vaxta qədər ki, gördüyü nöqsan aradan qaldırılmalıydı…

… Onun sözünün əvvəlidə, axırı da bu idi: oxuyun, adam olun! Elə uşaqlar vardı ki, oxumurdular. Elə ki, orta məktəb həyatı bitdi, kimin adam olub-olmamasınıhəyatın enişli-yoxuşlu yolları göstərdi. Yollar göstərdi ki, elə oxuyan vardı, gəlibvəzifə tutdu, şan-şöhrət qazandı, ancaq adam olmadı. Orta məktəbi güc-bəlayla qurtarıbhəyata atılan bəzi dəcəl uşaqlar isə həm mövqe tutdular, həm də gəlib adam oldular…

… Adam olmaq üçüntəkcə oxumaq bəs eləmir. Adam olmaq üçün həm də sənin qanın təmiz olmalı, kökün,nəslin, nəcabətin özünü göstərməlidir. Əgər nəsil-nəcabətin varsa, qanın təmizdirsə,oxumasan da adam olacaqsan. Vallah, qanın xarabdısa, kökündə bir zatıqırıqlıq varsa,istəyirsən dünyanın yiyəsi ol, özünü nə vaxtsa göstərəcək. Göstərəcək ki, gədəsən,yoxsa adam!..

… Oxumaq qədər gözəlvə oxumaq qədər şirin bir varlıq yoxdur. Hətta «Qurani-Kərim»in «Əl-Ələq» (Laxtalanmışqan) surəsində bu barədə, yəni oxumaq haqqında iki dəfə Allah kəlamı var. Həminsurənin birinci ayəsində buyurulur: «(YaPeyğəmbər! Qurani-Kərimin bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillahdeyərək) oxu!». Və bunun ardınca 3-cü ayədə təkrarən yenidən buyurulur: «(Ya Peyğəmbər!)Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!»

Aydındır ki, müqəddəs«Qurani-Kərim»in bu surəsində söhbət elmdən,oxumaqdan, öyrənməkdən və əğz etməkdən gedir. İnsan nə qədər elm öyrənsə, kitaboxusa, bir o qədər gözüaçıq, bir o qədər savadlı, bir o qədər də dünyanı dərindəndərk edə bilər. Oxumasa isə ömrü boyu cəhalətin, mövhumatın və qaranlığın içindəolacaq. Yazımızın əvvəlində qeyd elədik ki, elə adam var oxumayıb, amma çox ziyalıinsandı. Bunu yəqin çoxları bilir. Amma oxumuş alim, professor, akademik var ki,savadlıdı, elmlidi, ancaq üzr istəyirəm, adamlığı yoxdur.

Belə rəvayət olurki, son dərəcə zülmkar və zalım bir adam ömür boyu insanlara pislik eləyir. Allah-Təala ona hər cürvar-dövlət verir, bəxtini açır, amma o isə bu qazandığı pulla, var-dövlətlə, qızıl-gümüşləinsanlara yalnız və yalnız yamanlıq etməklə məşğul olur. Gunlərin birində zalım insan xəstələnib yatağadüşür və oğlunu çağırıb vəsiyyət edir ki, mən çox insanlara zülm etmişəm. Hər şeyimolub, ancaq adamlığım olmayıb. Adamlığım olsaydı, bu qədər var-dövlət qazana bilməzdim.Görürəm, son nəfəsimdə nə var-dövlətim, nə də qızıl-gümüşüm mənim karıma gəlmir.Camaat da mənim əlimdən zinhara gəlib. Oğul, mən öləndən sonra dəfn eləyib hamıilə geri dönmə. Məzarımın üstünə özün gəlib oturarsan. Çünki sən gəlməsən, başqalarıgəlib mənim məzarımı murdarlayacaq. Ancaq sən mundarlasan, onda camaat deyəcək ki,ay bu gorbagorun məzarını murdarlamış adamın atasına Allah rəhmət eləsin! Ona görədə vəsiyyətimi yadından çıxarma! Ata ölür, oğul da o vəsiyyəti yerinə yetirir. Kəndcamaatı gəlib görür ki, bu zülmkar kişinin məzarını murdarlayıblar. Camaat da bunugörəndən sonra bir ağızdan deyir: Allah bu məzarı murdarlayanın atasına rəhmət eləsin!

Elm, kitab insanınqəlbinə mərhəmət hissi oyadır, işıq gətirir. Bu işığı heç də hər adam öz qəlbinə,öz ürəyinə yaxın buraxmır. Birinə deyirsən kitab oxu, birinə deyirsən qəzet al,birinə də deyirsən düz otur, heç cürə səni anlamaq istəmir. Deyirəm bəlkə indi başqabir formadan istifadə eləyək? Məsələn, deyək ki, kitab oxuma, qəzetə baxma, adamolma! Necə ki, bir vaxtlar Üzeyir bəy, MirzəCəlil, Əbdürrəhim bəy Haqverdiyev öz felyetonlarında belə yazırdılar: kitab oxumaq,qəzet oxumaq, elm öyrənmək müsəlmana haramdı. Çünki müsəlman kitab oxuyar, qəzetəbaxar, elm öyrənər, gözü açılar. Və biz müsəlmanların da kitabdan və qəzetdən zənndənzəhləsi gedir. Sanki kitab qutuda olan bir ilandı. O ilan qutudan çıxacaq və adamıçalacaq. Ona görə də nəbadə kitab oxuyub adam olmaq lazım deyil…

Adam olanda insanınçox şeyi olmur – varı, dövləti, maşını, malikanəsi, nə bilim tay nəyi?! Kitab oxuyan Allahdan və qanundan qorxur, haram tikəyeməkdən uzaqlaşır. Kitab oxumayan isə nə Allahdan qorxur, nə də qanundan. Təkivar-dövlət olsun, təki pulu artsın və kefi çağ olsun. Adam olmayanda çox şeyə çatabilərsən. O şeyə çata bilərsən ki, onun barəsində həmişə düşünmüsən. Düşünmüsənki, məclisə gedəndə sənə görə hamı ayağa qalxsın, gəlib yaltaqlana-yaltaqlana səninyanında əyləşsinlər. Sən də özünü pox yemiş turac kimi dartasan və camaata göstərəsən.Axı, bu camaatın çoxu insanın ağlına, başına, zəkasına yox, əyninə, geyminə, mindiyimaşına qiymət verir. Onların bəzilərinə adam olmaq yox, bax, bu cür var-dövlətiolub adam olmayan insanlar sərf eləyir. Bilirlər ki, qarşısındakı çox ləyaqətsiz,şərəfsiz, vicdansız və minsifətli bir adamdı. Amma çoxlarının işi aşdığına görə,bu şərəfsiz və ləyaqətsiz adama elə bir sevgiylə yanaşır ki, özləri də buna məəttəlqalır. Məəttəl qalsalar da, cəmiyyətdəki isti münasibəti görüb özlərinə ləzzət eləyir.Ləzzət eləyir ki, noolsun adamlıqları yoxdu, zato var-dövlətinə görə çoxluq onabaş əyir. Hələ bundan sonra da baş əyəcəklər. Nə vaxta qədər ki, hər şey pulla,var-dövlətlə ölçülür, elə belə də olacaq!..

… Adam olmasan, nəbaşınızı ağrıdaq, hər şey sizin üçün əla olacaq. Nə altıdan alımınız olacaq, nədə beşdə veriminiz! Böyük şair Vaqif Bəhmənlinin gözəl bir şeiri var: «Adam olma».Düşünürəm ki, elə o şeirin üç bəndilə yazımı bitirim:


Çölün iti kimi acındangəbər,

Ayaqlar altında tapdananyol ol!

İnsanlıq önündə tikanlıçəpər –

İlan ol, quzğun ol,ağac ol, kol ol;


Təkcə adam olma fanidünyada.

Sarısın sümüyünüzamanın donu

Gir, gizlən içi boşkəllə dalına.

Yan öt sevgilərdən,bir heçdi sonu


Arı ye, namusu şəllədalına-

İçində közərən adamısöndür.

Adamlıq haqqınıntaxtı laxlayıb

Kimdi qulaq asanadam deyənə.


İşdi, adam olsan,sözə baxmayıb,

Canın yem olacaq adamyeyənə,

Ələ gəlməyəcək sümüklərində…


TƏQVİM / ARXİV