adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Oktyabr 2018 12:14
13976
KRİMİNAL
A- A+

Sumqayıtda heroin satmaq istəyən tutuldu

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi "Toyota” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şəxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.