Eldar Əzizov Meriyanı gücləndirilmiş rejimə keçirdi
"Hava şəraitinin kəskin dəyişəcəyilə bağlı bütün rayon İcra hakimiyyətləri məlumatlandırılıb”.
Bu barədə Bakı Şəhər İcra HakimiyyətindənModern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Eyni zamanda BŞİH-dən əhaliyə müraciət edilərək, avtomobillərin ağacların altında park etməmələri xahiş olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlıq edib. Proqnoza görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.
Sentyabrın 23-də ETSN də anoloji xəbərdarlıq edilməsinə baxmayaraq, şəhərin leysan sularına təslim olması rəsmi qurumların buna hazırlıqlı olmadığını göstərdi.
Xatırladaq ki, Bakı Meriyası sentyabrın 23-də Bakıya yağan güclü leysanın gətirdiyi problemlərlə bağlı yaydığı açıqlamada paytaxtda yağış sularının törətdiyi fəsadlara görə, "Azərsu” ASC-ni ittiham edib.