ANA SƏHİFƏ / KRİMİNAL

Polisə müqavimət göstərən 2 nəfər zərərsizləşdirildi

3197    |   2018-10-26 11:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 25-də saat 19 radələrində Göygöl rayonunun Qarabulaq kəndinin meşə zolağının meşəbəyisi Rayon Polis Şöbəsinə zəng edərək 2 naməlum şəxsin həmin ərazidən sakinlərə məxsus mal-qaranı oğurlamağa cəhd göstərdiyini bildirib.


Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, hadisəylə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Qarabulaq kəndi ərazisində xidmət aparan Sarısu Polis Bölməsinin əməkdaşı kənd sakini Saleh Məmmədovla birgə həmin şəxsləri saxlayarkən onlar polis əməkdaşına və S.Məmmədova dəyənəklə xəsarət yetirib, bıçaqla hücum ediblər.


Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşı "Makarov” markalı xidməti tabel silahından xəbərdarlıq məqsədilə havaya bir neçə atəş açıb. Lakin həmin şəxslər hüquqazidd əməllərini davam etdirdiklərindən və bıçaqla ciddi müqavimət göstərdiklərindən polis əməkdaşı təkrar atəş açaraq onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirmək məcburiyyətində qalıb.


Hadisə yerinə gəlmiş digər əməkdaşların köməkliyi ilə həmin şəxslər saxlanılıblar.


Araşdırmalarla onların Yevlax rayon sakini İnşallah Miriyev (xəsarət alan) və Ağcabədi rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Hümbətov olduqları müəyyən edilib.


Polis əməkdaşı, S.Məmmədov, habelə İ.Miriyev xəstəxanaya yerləşdirilib, V.Hüseynova və S.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK