ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ŞAİRƏNİN "SƏMAVİ..." KİTABI

2041    |   2018-10-26 00:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Məlum olduğu kimi, ədəbiyyat insanın, cəmiyyətin hisslərini, düşüncələrini obrazlı şəkildə əks etdirən söz sənətidir. Son illər, xüsusilə, poetik duyğuların daha obrazlı şəkildə ifadə olunması, əhval-ruhiyyənin emosional ifadə vasitəsilə təsvir edilməsi baxımından şairlərin yaradıcılığında poetik imkanların genişliyi özünü daha aydın göstərir.
"Səmavi..." adlı ilk şeirlər kitabı ilə ədəbi mühitə qədəm qoyan Neftçalalı şairə Gülqədəm Mirzəzadə şeirlərində özünün bədii-estetik duyğularını böyük ilhamla qələmə almış, poetik imkanlarını bacarıqla əks etdirməyə nail olmuşdur. Hər bir şairin öz yaradıcılıq üslubu, öz yolu var. Bu sözlər Gülqədəm xanımın da yaradıcılığına xasdır. Onun bütün şeirlərində elə özünəməxsus incə kolorit var ki, bu həm onları bir-birinə bağlayır, həm də günümüzün reallığı baxımından hansı ürəkdən süzülüb gəldiyini duymağa imkan verir. Gülqədəm xanımın şeirlərini oxuduqda his edirsən ki, o, kövrək və incə ruhlu bir şair olmaqla yanaşı, həyat hadisələrinə həssas münasibət bəsləyir, onu ilhama gətirən ən zərif hissləri özünəməxsus lirik tərzdə qələmə almağı bacarır. Bir sözlə, onun poeziyası sanki həyatın poeziyasıdır.Kitabın redaktoru şair-publisist Zabil Pərviz, rəssam isə Azərbaycan Rəssamlar İttifaqının üzvü Rəhim Ağayevdir. Yüksək poliqrafik səviyyədə çap olunmuş bu kitabda Azərbaycan həqiqətlərini, cavablarını gözləyən sualları, müasirlərimizin mənəvi dünyasını əks etdirən şeirlər, mahnı mətnləri toplanmışdır.
Kitab "Ədəbiyyat", "Taleyin qisməti" adlı iki bölmədən ibarətdir. Birinci bölmədə "Günəş dənizdən doğur", "Neftçalam", "Ata ocağı" və digər şeirlərdə insanın doğulduğu məkana olan sonsuz məhəbbəti, Vətən sevgisi, "Xocalım", "Vətəni sevmək imandandır", "Dostluq marşı", "Şəhidin var Vətən", "Şəhid Elimdar Səfərov", "Vətən bölünməz", "Günahsızlar" (elegiya) və başqa şeirlərdə isə müəllif igil Vətən oğullarının qəhrəmanlığına, hünərinə kövrək qəlbli bir ana, şair, vətəndaş, bütövlükdə isə həssaslıqla yanaşdığını nümayiş etdirir:

Bu körpəcə mələklər
Cənnətə hardan gəlib?
Yaralanmış Vətəndən,
Ürəkdən, candan gəlib...
Azərbaycandan gəlib.

Kitabın "Taleyin qisməti" adlanan ikinci bölməsindəki şeirlərdə - xüsusilə "Düşüncələr", "Payız leysanları", "Kaş mənim olaydın", "Xoşbəxtliyim", "Sənsən ümidim", "İlk görüş", "Həsrətim", "Həzin xatirələr", "Gecələr", "Könlüm sənindir", "Bir könül sızlayır", "Ayrılıq nəğməsi"... kimi bədii nümunələrdə sevən bir qəlbin könül çırpıntıları, istək və duyğuları incə və poetik bir dillə təsvir olunur.
Qayıt gəl, ömrümə yaraşıq gətir!
Günəş ol, şəfəq saç, nur, işıq gətir!
Sənli günlərimə barışıq gətir,
Bir könül sızlayır səndən uzaqda.

Kitabda müəllifin müxtəlif mövzularda yazdığı mahnı mətnləri də vardır. "Azərbaycanım", "Neftçalam", "Dostluq marşı", "Qayıdaydım kaş", "Nanəli", eləcə də "Payız leysanları", "Ömrümün yaraşığı, "Gülüm" və başqa mahnı mətnləri ritmik ahəngdarlığı və bədii təsvir vasitələri baxımından daha maraqlıdır.
Həmin şeirlərə bəstəkarlardan Tahir Əkbər, Fərid Kərimli, Fuad Hüseynov, eləcə də müəllifin özü musiqi bəstələmişlər.

... Ömrümün səbəbi sən ol,
Aparsın vüsala bu yol,
Tək mənim ol, ürəyim ol,
Sən mənə gərəksən, gülüm.

Gülqədəm xanımın şeirlərində diqqəti çəkən məqamlardan biri də forma və məzmun vəhdətinin mükəmməlliyidir.
Bədii təsvir və ifadə vasitələrinin zənginliyi onun şeirlərinin lirik vüsətini daha da artırmışdır.
İnanırıq ki, "Səmavi" kitabını oxuyan hər kəs müəllifin ədəbiyyata, poeziyaya sonsuz bağlılığının şahidi olacaq. Onun bir-birindən gözəl yeni şeirlərini oxumaq istəyi, arzusu qəlbinə, hisslərinə hakim kəsiləcəkdir. Bu yolda Gülqədəm xanıma yeni-yeni uğurlar arzulayırıq.

Nəbi İbrahimov
AYB-nin Muğam bölməsinin sədri, yazıçı-publisist.

Oqtay Rza
Əməkdar müəllim, M.Müşfiq, C.Cabbarlı mükafatları laureatları




İmza:
SON XƏBƏRLƏR
2018-11-20
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK