adalet.az header logo
  • Bakı 13°C
26 Oktyabr 2018 00:26
11618
ƏDƏBİYYAT
A- A+

MARAQLI CİNAYƏTLƏR


Sankt-Peterburqun Petrodvorsovski rayon polis şöbəsinin əməkdaşı Gerasimov başqa bir adla polis şöbəsinə zəng edərək "EQK Master" şirkətinin qanunsuz istehsalla və qanunsuz xarici vətəndaşların əməyindən istifadə etməklə bağlı məlumat verib.
Sonra isə həmin şöbənin digər əməkdaşı Falinlə birlikdə həmin şirkətə gələrək onlara məxsus kompüter avadanlıqlarını və şirkətdə çalışan altı xarici vətəndaşın pasportlarını guya yoxlamaq üçün götürüb gediblər. Sonra isə şirkətdən götürdükləri avadanlığın qaytarılması və sonradan əlavə yoxlamaların aparılmaması üçün şirkətdən 400 min rubl rüşvət tələb ediblər.
Bu barədə "Teleqram-kanal"ın yaydığı məlumatda bildirilir ki, qanunsuz əməl törədən polis əməkdaşları Rusiya DİN-in iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən ifşa edilərək həbs ediliblər.

***
Rusiyanın paytaxtı Moskvada Dnestryanı vilayətdən gələn 29 yaşlı kişi Lenin prospektindəki mağazaların birindən velosiped oğurladığına görə saxlanılıb. Saxlanılan şəxs bir neçə il ərzində 7 nəfəri qətlə yetirdiyini etiraf edib. O bildirib ki, bu yaxınlarda Moskvada bir yerdə tikintidə çalışdığı adamı münaqişə zəminində döyərək öldürüb. Qalan altı nəfər qadını isə yaşadığı Tiraspolda qətlə yetirib və sonra zorlayıb. Lakin tutulan şəxsin guya öldürüb basdırdığı adamın yerində axtarışlar aparılarkən heç bir meyid və iz tapılmayıb.
Polis saxlanılan şəxsin hazırda ruhi dispanserdə qeydiyyatda olub-olmaması barədə yoxlamalar aparır.