adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Oktyabr 2018 00:17
5075
GÜNDƏM
A- A+

QOBUSTAN: DÖVLƏT QAYĞISININ PARLAQ NÜMUNƏSİ

(əvvəli ötən saylarımızda)

Rayonda tikinti-quruculuq abadlıq işləri uğurla davam edir. 14,5 km uzunluqda Bədəlli-Yekəxana yolu başa çatmaq üzrədir. Bu yol 5,0 mindən artıq əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həmin bölgənin inkişafına ciddi bir təkan olacaqdır.
Bu il Qobustan şəhərində 1 ədəd 3 mərtəbəli, 2 ədəd birmərtəbəli, 2 ədəd 2 mərtəbəli binaların təmiri işləri yekunlaşmaq üzrədir.
Rayonda yeni xəstəxana binasının, 624 şagird yerlik məktəbin, 100 yerlik uşaq bağçasının tikintisi başa çatmış, son tamamlama işləri aparılır.
Daxili imkanlar hesabına rayonda şahmat məktəbinin tikintisi davam etdirilir.
Rayonda yaşıllıqların artırılmasına xüsusi diqqət yetirilir. 9 ayda Qobustan şəhərində, Təklə kəndində yol kənarında, "Aqrolizinq" ASC-nin Qobustan Regional Nümayəndəliyinin həyətində və yol kənarında, Cəngi kəndinin girişində salınan parkda ümumilikdə 5000-dən artıq müxtəlif növ ağac, 1500-dən artıq qızılgül kolu əkilmişdir.
Aqroparkın salınması davam edir. Ərazidə 200 başlıq cins mal-qara fermasının tikintisinə başlanmış, elektrik xətti çəkilir. Bundan başqa aqropark ərazisində ötən il 300 ha sahədə buğda, 400 ha sahədə isə arpa əkilmişdir.
Ötən dövr ərzində Qobustan şəhərində əhalinin sel sularından qorunması üçün son dərəcə vacib olan 4,0 min paqon metr yağış ötürmə kanalı çəkilmiş, 59,0 min kvadrat metr şəhərdaxili yola asfalt vurulmuş, 9,0 min paqon metr uzunluqda səkilər çəkilmiş, 300-dən artıq yeni işıqlandırma dirəkləri quraşdırılmışdır.
Onu da qeyd edək ki, bu ilin doqquz ayında rayona 3 milyon 396 min manat dəyərində özəl investisiya qoyulmuşdur.
Rayonda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir. Hələ ötən ilin payızından taxılçılığa diqqətin daha da artırılması, ziyanvericilərə qarşı mübarizə və yemləmə gübrələrindən düzgün istifadə, əkin sahələrinin yabanı otlar üçün saxlanmasının qarşısının alınması istiqamətində görülmüş işlər bu il öz müsbət bəhrəsini vermiş, bu il rayonda 70 min 236 ton taxıl istehsal edilmişdir ki, bu da rayon tarixində ən yüksək göstərici olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,0 min ton və ya 31,8 faiz çoxdur. İstehsal olunmuş taxılın 48236 tonu buğda (ötən ildəkindən 14,3 min ton çox) 22,0 min tonu arpa (ötən ildəkindən 2,6 min ton çox) təşkil edir. Buğda sahəsi üzrə məhsuldarlıq 23,1 sentner (ötən illə müqayisədə 1,6 sentner çox), arpa üzrə isə 22,5 sentner (ötən ildəkindən 1,7 sentner çox) olmuşdur. Onu da qeyd edək ki, bu il əkin sahəsinin çox olmasına baxmayaraq (30936 ha əkin sahəsi olmuşdur ki, bu da ötən ildəkindən 5835 ha çoxdur) biçin işləri mütəşəkkil təşkil edilmiş və vaxtında başa çatdırılmışdır.
Taxılçılığa dövlət dəstəyi davam etdirilir. Bu il rayon üzrə 4986 mülkiyyətçinin 30927 ha əkin sahəsinə 2 milyon 388 min 368 manat subsidiya verilmişdir. Rayon fermerlərinin 90 faizi cari taxılçılıq mövsümündə şumaltı və yemləmə gübrələrindən güzəştli şərtlərlə istifadə etmişlər.
Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın baş sayı 0,5 faiz artaraq 30 min 779 başa, o cümlədən inək və camışların baş sayı 0,6 faiz artaraq 11 min 578 başa çatmışdır. Qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 191 min 133 baş olmuşdur. Quşların baş sayı 5,8 faiz artaraq 93 min 72 başa çatmışdır.
Baxılan dövrdə ət istehsalı 1,4 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 1,2 faiz, yun istehsalı isə 1,2 faiz artmışdır.
01 oktyabr 2018-ci il tarixə rayon üzrə 986 baş qaramal süni mayalandırılmış, 615 baş buzov alınmışdır. 559 baş buzova 55 min 900 manat subsidiya verilmişdir. Rayonda son illərdə arıçılığa maraq artmışdır.Rayon üzrə hazırda 232 mülkiyyətdə 5521 arı ailəsi vardır. Bu il havaların arıçılıq üçün əlverişsiz olmasına baxmayaraq, 12 tondan çox bal istehsal edilmişdir. Hər arı ailəsinə görə 10 manat hesabı ilə subsidiyanın verilməsi istiqamətində iş aparılır.
2018-ci ildə rayonda təhsil sahəsində də bir sıra uğurlar əldə edilmişdir. Belə ki, bu il 110 nəfər şagird tələbə adını qazanmışdır. Bu da ötən illə müqayisədə 28 nəfər çoxdur. Sevindirici haldır ki, bu il 6 nəfər şagird 600-dən yüksək bal toplamışdır.Şikar Şikarov adına Sündü kənd tam orta məktəbinin məzunu Aydın Ağaverdiyev 683 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşdur. Bu il 3 nəfər Azərbaycan Dövlət Aqrar Universitetinə, 2 nəfər Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuşdur.
2018-ci ilin 9 ayında rayonun gənclər və idman siyasəti sahəsində də fəallıq hiss olunmuşdur. Gənclər siyasəti üzrə 34, idman sahəsi üzrə 15 tədbir həyata keçirilmiş, 4588 yeniyetmə gənc bu tədbirlərdə iştirak etmişdir. Bundan əlavə rayon idmançıları 5 beynəlxalq, 19 Respublika, 21 zona yarışında iştirak etmişdir.
İclasda vurğulanmışıdır ki, rayon rəhbərliyi və sakinlər qarşıda duran vəzifələrin yüksək dəqiqliklə və vaxtında yerinə yetirilməsi üçün var qüvvələrini əsirgəməyəcək, Qobustan rayonunun inkişafı üçün daha fəallıqla çalışacaqlar.