adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Oktyabr 2018 18:17
8119
SİYASƏT
A- A+

İlham Əliyev Avstriyanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevAvstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.

Adalet.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Federal Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram"