adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Oktyabr 2018 16:55
13342
KRİMİNAL
A- A+

“Oğru dünyası”nın məşhur üzvü Türkiyədə yaxalandı

"Batumlu Lavaşoğlu” İnterpol tərəfindən axtarışda idi

Gürcüstanlı mafiya lideri Mindia Goradze Türkiyənin Trabzon vilayətində da yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, transmilli mütəşəkkil cinayətkar dəstə yaratmaqda təqsirləndirilərək, İnterpol xətti ilə axtarışda olan M. Goradzeni Trabzon polisi həbs edib. Ondan silah-sursat götürülüb.

"Oğru dünyası”nda "Batumlu Lavaşoğlu” ləqəbi ilə tanınan Mindia Goradze Gürcüstanda törətdiyi cinayətlərə görə İnterpol tərəfindən axtarışda idi.

Qeyd edək ki, Mindia Goradze 2015-ci ildə Moldovada yaxalanaraq, ölkədən deportasiya edilib.