Əbülfət MƏDƏTOĞLU: ÖLÜMSÜZLÜK QAZANANLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
52913 | 2018-10-26 10:15

İndi nə əlimizçatan, nə də ünümüz yetən dağlara tərəf baxıram. Və hər dəfə də baxanda mənə eləgəlir ki, elə baxa-baxa qalacam. Bu baxış məsafəsi bitib tükənməyəcək, bu yolsona çatmayacaq. Amma...

Dağlar ucalığıbildirir... dağlar ucalığı göstərir. Təkcə coğrafi anlamda yox, həm də sözkimi, yəni onun lüğəti mənası böyüklükdü. Bunu öyrətmək üçün yazmıram, demirəm.Məqsədim dağ sözünün arxasında duran başqa bir anlayışa işıq salmaqdı. Belə ki,sinəyə də, ürəyə də dağ vurulur. O dağlar da ölçülərinə görə fərqlənirlər. Vurulan elə dağlar var ki, onlar qürur yerimizdi, and yerimizdi, güvənc yerimizdi. Onlarla fəxr eləyirik. Onları Kirslə, Savalanla, Babadağla, Şahdağla yanaşı tuturuq, bərabər görürük. Bax, bu dağların yozumu şəhidlikdi, ölümsüzlükdü, əbədiyaşarlıqdı...

Laçın rayonunda, dağlar qoynunda dünyaya gəlmişdi. Atası İsaqkişi kəndin sayılan ağsaqqallarından, ziyalılarından idi. Ailədə on uşaq idilər - 7 qardaş, 3 bacı.Valideynlər də onları vətənə, xalqa layiqli böyütmək üçün əllərindən gələni edirdilər. Çalışırdılar ki, ləyaqətli övladlar böyütsünlər... Evə, nəslə üzüağlıq gətirənlərdən olsunlar. Bir atalar sözü var. Ordavurğulanır ki, "niyyətin hara, mənzilin də ora". Bax, Cavanşir dəqarşısına məqsəd kimi xalqına, torpağına xidmət etməyi seçmişdi. Hələ doğulduğuArquşlu kənd orta məktəbində oxuyanda çevikliyi, diqqətcilliyi ilə hamıdanseçilirdi. Canındakı təpər özünü hər bir hərəkətində büruzə verirdi... Həmsöhbətolduğum Natiq Dağlar fikirli-fikirli, gözləri yol çəkə-çəkə deyir:

-Ailəmiz böyük idi. Amma buna baxmayaraq, valideynlərimiz hamımıza vaxt ayırabilirdi. Biz də kənd uşaqları idik. Biz də onlara yük olmamağa çalışırdıq. Evinişlərində, təsərrüfat problemlərində valideynlərimizə əl yetirirdik, köməkolurduq. Necə deyərlər, bir-birimizin əlindən tutub böyüyürdük. QardaşımCavanşir də bizim içimizdə öz təpəriylə,öz qayğıkeşliyilə fərqlənirdi. Arzusu polis olmaq, qanunçuluğun keşiyindədurmaq idi. Elə o arzunun yoluyla da getdi...

Bəli, orta məktəbi bitirib, əsgəri borcunuyerinə yetirib doğma yurda qayıdan Cavanşir İsaq oğlu Mehdiyev Qarabağ hadisələrinin bir növü qaynar qazanına düşdü.Çünki təkcə Dağlıq Qarabağın özündə deyil, eləcə də ona bitişik ərazilərdə, Ermənistanlasərhəd ərazilərdə gərginlik hər gün artır, düşmən açıq-aşkar təcavüzkarolduğunu büruzə verirdi. İndi əli silah tutan hər kəs könüllü dəstəyə vəözünümüdafiə bölüklərinə yazılırdı. Cavanşir daxili işlər orqanlarında, yənipolisdə xidmət etməyə üstünlük verdi. Uşaqlıqarzusunun gerçəkləşməsi üçün polis mundiri geyindi. İndi onu artıq evdə görmək,ailədə tapmaq çətinləşmişdi. O, Meşəlidə, Cəmillidə, Xocalıda və digər kənd vəməntəqələrdə növbə çəkirdi. Özü də növbəyə gedəndə də, gələndə də ermənilərin yaşadığı ərazilərdən keçməyə məcburolurdu. Amma buna baxmayaraq, o, xidmətini davam etdirirdi. Hadisələr isəgetdikcə daha da təhlükəli məcraya yönəlirdi. İndi Xocalı polisinin əməkdaşıolan Cavanşir Mehdiyev Xocalı şəhərini qoruyanlarla bir sırada idi. Xocalınınişğalından sonra da o, digər həmkarları ilə birlikdə xidmətini döyüş bölgəsində,cəbhə xəttinin lap yaxınlığında davam etdirməkdə idi...

Düşmən hər yerdədüşməndi. Harda qarşılaşacağını, harda üz-üzə gələcəyini təxmin etmək mümkündeyil. Görünür, şəhidlik Cavanşirin alın yazısı, taleyi imiş. Belə ki, Bakı şəhərində,Daxili işlər Nazirliyinin xəttiylə ixisaslaşdırma kursuna gəlmişdi. Hər günNazirliyin məktəbinə gedib axşam da qaldığı ünvana dönürdü. Çalışırdı ki, polisserjantı kimi hüquqi biliklərə daha çox yiyələnsin. Lakin...

Bu gün tariximizəqara hərflərlə yazılmış elə hadisələr var ki, onu unutmaq qeyri-mümkündür. Onlardanbiri də Bakı metrosunun adıyla bağlıdır. Əslində, Bakı Metropolitenindədüşmən iki dəfə terror aktı həyata keçirib... iki dəfə adamlarımızı ölümləüz-üzə qoyub.

Onlardan birininqurbanı da Cavanşir İsaq oğlu Mehdiyev oldu. Belə ki, polis məktəbindən geriqayıdan Cavanşir metroya daxil oldu və...dəhşətli faciə baş vermişdi. Hər tərəf tüstü-duman içərisində, insanlar da pərən-pərən,vahiməli, yaralanan, ayaq altda qalan, kömək, imdad diləyən və sairə. Polis serjantı Cavanşir Mehdiyev dərhal köməyəatıldı. Yaralıları, qocaları, uşaqları tuneldən çıxarmağa başladı. Bir neçə cəhddənsonra özü də bu terrorun qurbanı oldu. Ölümündən sonra Azərbaycan PrezidentiHeydər Əliyevin imzaladığı Sərəncamla ona göstərdiyi qəhrəmanlığa görə, "İgidliyə görə"medalı verildi.

Ölümündən sonraölümsüzlük qazanan polis serjantı adını təkcə Azərbaycan polisinin deyil,bütövlükdə xalqımızın tarixinə yazdı. Onun nişanəsi olan iki qızı atalarınalayiq böyüməyə çalışdılar.

Doğrudur, bu işdədoğmalar da, xüsusilə də Respublika Daxili İşlər Nazirliyi və şəxsən cənabnazirin özü bütün diqqət və qayğısını şəhid polisin ailəsindən əsirgəmədi. Onagörə də Cavanşir Mehdiyevin ailə üzvləri daxili işlər naziri Ramil Usubovdançox böyük sevgiylə, minnətdarlıqladanışır, ona öz təşəkkürlərini ünvanlayırlar.

Bəli, igidlərölmür deyirlər. Bununla hər kəs razıdı. Amma igidlərin igidliyini yaşatmaq da,onları ehtiramla yad etmək də, onları tanıtmaq və sevdirmək də bizimborcumuzdu. Biz onların ruhu qarşısında baş əyməklə özümüzə haqq qazandıra bilmərik.Biz cavanşirləri yaşatmalıyıq - xatirələrimizdə, yazılarımızda, verilişlərimizdəvə nəhayət, bütün həyatımızda.

- RUHUN ŞAD OLSUN,CAVANŞİR İSAQ OĞLU MEHDİYEV!


TƏQVİM / ARXİV