adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2018 16:05
15492
ELM VƏ TƏHSİL
A- A+

ADU-da tətbiqi dilçiliyin müasir problemlərinə dair beynəlxalq konfrans keçirilir

Oktyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) "Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda üçüncü beynəlxalq konfrans öz işinə başlayıb. Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül düzərək xatirəsini ehtiramla yad ediblər.

Adalet.az xəbər verir ki, konfransın işində Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən qonaqlar, eləcə də ADU-dan və respublikanın digər universitetlərindən nümayəndələr iştirak edirlər.

Plenar iclasda çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu deyib. Rektor universitetdə dilçilik məsələlərinə xüsusi diqqət yetirildiyini, bu sahədə geniş araşdırmaların aparıldığını söyləyib. ADU-nun müstəqil təhsil müəssisəsi kimi yaranmasında ümummilli lider Heydər Əliyevin xidmətləri vurğulanıb. Bildirilib ki, bu ali təhsil müəssisəsi 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və 2000-ci ildə Ulu Öndərin Sərəncamı ilə profili daha da genişləndirilərək universitet statusu alıb.

Qeyd olunub ki, ikigünlük konfransda "Birinci eksperimental və müqayisəli dilçilik”, "Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, "Xarici dillərin tədrisinə dair müasir yanaşmalar”, "Tərcüməşünaslığın aktual problemləri”, "Mətnin linqvosemiotik problemləri” bölmələri üzrə müzakirələr aparılacaq.

Konfrans çərçivəsində iştirakçılar Durham Universitetinin professoru Maykl Bayramın mühazirəsində (skayp vasitəsiylə), eləcə də Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak etmək şansı qazanacaqlar.