adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2018 15:03
15595
İDMAN
A- A+

CANIM AFFA, GÖZÜM AFFA, AFFA, İNCİTMƏ QARABAĞ ATLARIN!

Vergilər Nazirliyi qəfil tökülüb bir obyektin qapısını-pəncərəsini bağladığı kimi, Milli Antidopinq Agentliyinin əməkdaşları da qəflətən tökülüblər «Qarabağ»ın Milli Olimpiya Stadionundakı istirahət otağına, qapı-pəncərələri bağlayıblar ki, birdən futbolçular aradan çıxar və dopinq testi keçiriblər. Məşqdən təzəcə qayıdıb ayın 25-də keçiriləcək ciddi bir oyun üçün istirahət edən oyunçuların isti aşlarına soyuq su qatıblar. Futbolçuların əhval-ruhiyyəsini qaldırmaq əvəzinə, olan-qalan ovqatlarını da pozublar.

Komandanın rəhbərliyi UEFA ilə əlaqə saxlayıb , UEFA da bildirib ki, biz belə bir təlimat verməmişik.

Oyunqabağı bu uşaqları sındırmaq , komandanın əhval-ruhiyyəsini pozmaq kimə və ya nəyəsə xidmət edə bilər, amma futbola yox.

«Xəzər-Lənkəran», «Kəpəz», «Turan», «Qəbələ»… deyəsən, növbə «Qarabağ»ındı.