Faiq QİSMƏTOĞLU: EŞŞƏK SÜDÜ

FAİQ QİSMƏTOĞLU
43230 | 2018-10-25 14:47

… Biz uşaq olandatez-tez xəstələnərdik - ya öskürərdik, ya da boğazımız ağrıyardı! O qədər öskürürdükki, öskürəyimiz kəsmək bilməzdi. Kəndin baş həkimi Hidayət dayım da çoxlu dava-dərmanyazardı, ancaq bu da dərdimizə əlac eləməzdi. Hidayət dayım deyərdi ki, düzdü, mənhəkiməm, dava-dərman da yazıram. Bu göy öskürək ki, var, çox çətin sağalır. Yaxşısıbudu, uşaqlara eşşək südü içirdin…

Amma bunların heçbirini biz eşitməzdik. Bu sözləri rəhmətlik Hidayət dayım anama deyərdi. Anam dabizim xəbərimiz olmadan Yüsür əmimgilə gedər, arvadına deyərdi ki, bir az eşşəksüdü versinlər. Eşşəyin də südü həmişə sağsan da çıxmazdı. Çox çətinliklə o südüeşşəkdən sağmaq olardı. Və eşşəyi də hər qadın sağa bilmirdi. Bunu ancaq Yüsür əmiminarvadı Sərayə arvad bacarırdı. Göy öskürək isə bizdən əl çəkmirdi. Anam da nə vaxtdanimiş Sərayə arvada deyirmiş ki, eşşəyin südünü sağanda bir az da bizə verərsən.Sərayə arvad da çox çətinliklə Yüsür əmimin eşşəyindən bir cam süd sağıb və camıda gətirib verib anama…

Anam bir səhər bizə dedi ki, inəyimizin südünü bişirmişəm,içərisinə də bal atmışam. Bax, bunu içsəniz, öskürəyiniz dayanacaq! Və biz də eləbildik ki, doğrudan da anamın bişirib bizə gətirdiyi və içinə bal atdığı süd bozinəyimizin südüdü. O südü içdik, heç iki gün keçmədi ki, üç qardaş üçümüzün də öskürəyidayandı. Boğaz ağrımız da çəkildi…

… Və sonradan bizim16-17 yaşımız olanda anam hər şeyi açıb danışdı. Dedi ki, sizi sağaldan qapımızdakıboz inəyin südü yox, Yüsür əminizin boz eşşəyinin südü idi. Düzdü, biz bir az diksinənkimi olduq. Amma sonradan hər şey arxada qaldı.

Kəndimizdə bu hadisədənsonra Yüsür əmimin eşşəklərinə olan məhəbbət bir az da artdı. Yüsür əmimin qapısındanə az, nə çox üç eşşək vardı: boz, qara, ağ. Və bu üç eşşək də səhərdən axşama qədəryük daşımaqdan belləri qabar olmuşdu. Və belləri qabar olan bu eşşəklərin böyükyazıçı Əziz Nesinin sözü olmasın, çox gözəl ala gözləri vardı. Və bu ala gözlərdəhəmişə yorğunluq, kədər, həsrət, kimsəsizlik hiss olunardı.

Amma biz Yüsür əminineşşəklərini çox istəyirdik. Ki başqa eşşəklər bizi yaxın qoymaz, təpik atar, minəndədə yıxardı. Bir dəfə əmiuşağımız Dilavər Yüsür əminin eşşəyini minir və eşşək dəyerindən tərpənmir. Başlayır əlindəki çubuqla eşşəyi quyruq tərəfdən vurmağa. Eşşəkdə tərpənir, bir az gedir, sonra daşlığaçatanda rəhmətlik Dilavəri qaldırıb yerə çırpır. Necə yerə çırpılırsa, onun qabırğasınındördü qırılır. Kəndimizdə də tərs kimi sınıqçı yox idi. Merdinnidən dədəmin «Pobeda»sıylasınıqçı Cümşüd kişini gətirdilər. Cümşüd kişi də Dilavərə baxdı, sonra soruşdu ki,sən hardan yıxılmısan belə? Yanındakı qardaşı Yavər dilləndi:

- Cümşüd əmi, Yüsürəmininin eşşəyindən yıxılıb.

Sınıqçı Cümşüd kişigülümsədi və dedi:

- A bala, eşitməmisənbəs atdan yıxılana bir şey olmur, eşşəkdən yıxılan çox çətin sağalır. İndi darıxma,sənin dörd qabırğan sınıb. Yaxşı məlhəm qoyacam, sarıyacam. Amma gərək düz bir aytərpənməyəsən, arxasü üstə yatasan. Bir aydan sonra gəlib sarğını açacam.

Əmioğlu Dilavərədüz bir ay arxası üstə yatdı. Və düz bir aydan sonra Cümşüd kişi gəlib onun sarğısınıaçdı. Dedi ki, indi dur yeri! O da durub yeridi. Bu hadisədən sonra elə ki, eşşəkgörürdü, Dilavər onların heç birinə yaxındurmurdu. Gözü nətəhər qorxmuşdusa, eşşək bir yana qalsın, heç ata da minmirdi.

Görhardan gəlib hara çıxdım. O gün televizora baxanda gördüm ki, bir fermer eşşək fermasıyaradıb. Və bu eşşək fermasında da onlar bəsləniləcək, südü sağılacaq və satışaçıxarılacaqdı. Kim nə deyir desin, eşşək qədər xeyirli heyvan çox az-az olar. Düzdür,o biri heyvanlar da xeyirlidir. Onun ətindən, yunundan, südündən, qatığından, yağındanistifadə olunur. Amma biz həmişə eşşəyi başıqapazlı eləmişik. Yəni o biri heyvanlarahər cür ot- ələf, yem vermişik, ancaq eşşəyin qabağına bir çəngə saman atmağa ərinmişik.Deyirəm indi yazıq eşşəklər bəlkə bundan sonra bəziləri bir gün görə.

Axıhansı fermersə onun südünü satışa çıxaracaqsa, deməli, eşşəyə digər heyvanlar kimiqulluq göstərməli, təmiz ot, yonca, yem verməlidir.Özü də deyirlər ki, eşşək südünün bir litri 50 manata olacaq. Hər halda, bunun qiymətinə qədər, necə olacaq, onu deyə bilmərik. Bir onu bilirik ki, böyük İbn Sina davə xalq təbabəti ilə məşğul olan digər tarixi şəxsiyyətlər də eşşək südündəki möcüzələrləbağlı maraqlı fikirlər söyləyiblər. Və kimsə keçmişə söykənib bu addımı atırsa vəgələcəkdə eşşək südü istehsal etmək istəyirsə, çox alqışlanası addımdır.

Deyirlərki, son vaxtlar ölkəmizdə beş min eşşək yoxaçıxıb. Biri deyir onları kolbosa sexlərinə veriblər, biri deyir kəsib ətini bazarlaraötürüblər, biri də deyir ki, yox, elə deyil ey, yazıq eşşəklər meşələrdə, dərədə-təpədəcanavara, caqqala yem olub. Ancaq hər deyilən bir sözdə bəzən bir yalan və həqiqətdə gizlənə bilir. Və bir yalan və bir həqiqətin nə dərəcədə doğru olduğunu heç kəsdəqiq deyə bilməz. Nə yaxşı ki, bu eşşəklərə son vaxtlar bir qədər sevgi və məhəbbətartıb. Görünür, yazıq eşşəklərin də bəxti yavaş-yavaş oyanmağa başlayır.

Eşşəkləbağlı çox müxtəlif fikirlər səslənib. Biri digərini söyəndə «eşşək» deyir. Ammaçox nahaq yerə - mənim özüm də bayaqdan «eşşək» deməkdən dilim qabar oldu. Axu onunadı uzunqulaqdı. Biz eşşək deməklə bəlkə də bu gözəl, bu sədaqətli və bu mavi, qaragözlu eşşəkləri aşağılamış oluruq. Hər halda, eşşək olanda nə olar, onu da Allahyaradıb.

Eləadam var ki, uzunqulaqdan yaman gündədi. Məsələn, uzunqulaq bir dəfə batdığı yerdənikinci dəfə başını kəssən gedən deyil. Amma adam var ki, iki dəfə, üç dəfə, dörddəfə o bataqlığa düşür, yenə utanıb qızarmır, ora üz tutur. Siz deyin, belə olanhalda eşşək yaxşıdı, yoxsa o bataqlığa tələsən, ağlı başında olan adammı?!

BöyükRamiz Rövşənin «Gözü yaşlı yorğun eşşək» şeirinin son bəndilə bu mövzuya nöqtə qoymaqistəyirəm. Hərçənd ki, dəfələrlə mövzuya nöqtə qoymuşam, amma özümdən asılı olmayaraq,yenə həmin mövzuya qayıtmışam. Böyük RamizRövşən yazır:

…Bu palan zalımdı, zalım,

Sənihər gün zora salıb.

Axırbir gün yola salıb,

Səndən balana qalacaq.


TƏQVİM / ARXİV