adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2018 12:48
10309
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÖZÜMDƏN ÖZÜMƏ TƏSƏLLİ...

Qaranlıq çəkilibdi
Göy üzünə pərdə tək...
Bürünüb o pərdəyə -
Dözürəm mən , dərdə tək!..

Hava kimi gərəyim ,
Ürəyimi dər! - əyim...
Sən tərəfdə ürəyim -
Qalıb canım bərdə tək...

Qəmdən ocaq çatılır
Olan , olmaz satılır...
Bütün oxlar atılır -
Soruşmadan mərdə , tək ...

Doludur didəm yaşla ...
Üstümsə yağan daşla ...
Təkəm - bu ağıl - başla -
Çevrilirəm fərdə - Tək!