Lap həbsxanaya düşmək istədim – Eminquey yazır

EMİNQUEY AKİF
43401 | 2018-10-25 12:08

Dostlardan biridanışır ki, İsveçə işimlə əlaqəli getməli oldum. İşim də məıhz həbsxanalardankeçir. Həmişə təsəvvürümdə həbsxana hamının bildiyi, qapalı, qadağalarla dolu,elə də yaxşı şəraiti olmayan bir yer kimi canlanır. Amma buradakı həbsxanalarınabirinə girib hər şeyi öz gözlərimlə görəndən sonar bir müddət özümə gələ bilmədim.

O, danışdıqca gözləribərəlir, əl hərəkətləri ilə emosiyasını adamın gözünə soxurdu. Dedim ki, yaxşı,danış görək nə görmüsən? Başladı, nə başladı.

Deməli, o, İsveçdəmiqrantlar üçün ayrılan bir həbsxanada olubmuş.

Binada dəmir qapıanlayışı yoxdur. Amma təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Qapılar hərbir işçiyə məxsus ayrıca kart və kodla açılır. Bütün məhbusların həyat şəraitimümkün qədər yüksək səviyyədə təmin olunub. Sadəcə bir otaqda oturmalısan deyəanlayış yoxdur. Hər otaqda 2-3 nəfərdən artıq olmamaq şərtilə yaşayırlar. Məhbuslaraotaqlarına daxil ola bilsinlər deyə xüsusi qolbaq verilir.

Hamam-tualetotaqlardan ayrıdır. Hər bölmədə iki müxtəlif otaq olmaqla hamam və tualet var.Bina 24 saat isti su ilə təmin olunub.

Məhbuslara hər gün 3dəfə müxtəlif soyuq və isti yeməklər verilir. Nəzərə alsaq ki, İsveç qida təhlükəsizliyinəciddi nəzarət edən ölkələrdəndir, yeməklərin keyfiyyətilə bağlı çox danışmağaehtiyac qalmır.

Bu sözü elə bir əda ilə, yekəxanalıqla dedi ki, elə bil həbsxananı bu tikdirib. 

Mətbəx 24 saataçıqdır. Gün ərzində kofe,çay, soyuq meyvə suyu və kompotdan istədikləri zamangötürə bilərlər. Hər gün müxtəlif meyvələr böyük bir qabda ümumi zalda stolunüstündə olur.

Binada görüş üçün nəzərdətutulan otaqlar var. Məhbuslarla görüşə heç bir məhdudiyyət yaradılmır, sadəcə əvvəlcədənsifariş edib istənilən vaxt məhbuslarla görüş mümkündür. Görüşənlər arasındaheç bir sərhəd yoxdur, otaqlarda divan və kreslolar yerləşdirilib. Bölmələryalnız məhbuslar üçün deyil, eyni zamanda iş yeridir.

Bölmənin rəhbərləridə məhbuslar olan bölmələrdə otururlar və işləyirlər. Hər bölmədə ayrıca namazotağı var. Məhbuslar heç bir məhdudiyyət olmadan dini ayinləri yerinə yetirəbilirlər. Məhbuslara android, smartfon telefon istifadə etməyə icazə verilmir Binadaşəkil çəkmək olmaz, qadağandır. Məhbuslara sadə telefonlar verilir.

Hər bölmənin baqajhissəsi var və məhbuslara məxsus əşyalar orada qorunur.

24 saat internetəçıxış var. Kompüter zalının qapısı demək olar ki, bağlanmır. Hər kompüterinqulaqcığı var, istədiyin qədər film izləyə bilərsən, sosial şəbəkələrə daxilola bilərsən. Hər bölmədə bir televizor otağı olsa da, əlavə bir böyük zal davar, orda da televizor izləmək mümkündür. Siqaret çəkmək üçün xüsusi açıq sahəvar. Alışqan istifadəsi qadağandır, amma siqaret yandırmaqları üçün xususiaparat quraşdırılıb. İstədiyin zaman siqaret çəkmək üçün nəzərdə tutulan sahəyəçıxa bilərsən.

Məhbuslar hər güngünorta bir neçə saatlıq həyətə buraxılırlar. Basketbol, voleybol və futboloynaya bilərlər. Maraqlı tərəfisə odur ki, sadəcə məhbuslar deyil, bölmələrin nəzarətçiləridə onların oyun partnyoru olurlar.

İki bölmə üçün nəzərdətutulan trenajor zalı var. Hər bölmə üçün idmana təxminən 2-3 saat zamanayrılır. Qantellər olmasa da, zal digər idman avadanlıqları ilə təmin olunub. Üstmərtəbə isə stolüstü tennis üçündür.

Hər bölmədə xüsusibir aparat yerləşdirilib. Məhbuslar kola, çipsi, qazlı içkilər, siqaret vəbaşqa şeylər ala bilərlər. Qiymətlər market qiymətlərilə eynidir. Hər məhbusagündəlik 4 avro olmaqla aylıq 120 avro pul verilir, beləcə ehtiyacları olanlarıala bilirlər.

Məhbusların heç biriİsveç dövlətinin vətəndaşları deyillər və ya İsveçdə yaşamaq üçün heç bir icazəsənədi olmayan insanlardır.

Dostumuzun buodlu-alovlu çıxışına qulaq asandan sonra açığı biraz qəribə hisslər keçirtdim.Belə həbsxana olar? Özü də vətəndaşın üçün yox, miqrantların üçün. Açığıinanmağım gəlmədi. Dedim ki, iki-üç şey görüb üstünə də dörddən, beşdən qoyubdanışırsan. And-aman elədi. Ki, yalan danışmıram, gördüklərimi deyirəm. Yalandeyirəmsə, məni də tutub bassınlar elə bir həbsxanaya.

Dedim, a kişi, eləbir həbsxanada yaşamağa nə var ki? O həbsxanaya düşmək üçün mən də yalandanışaram. Özü də səndən başlayaram. Məsələn, deyərəm ki, camaatın başınıaldadıb, pulunu alıb İsveçə aparan "maşennik”in birisən.

Gülüşdük…

Dağılışdıq…


TƏQVİM / ARXİV