ANA SƏHİFƏ / ƏDƏBİYYAT

CİNAYƏTSİZ CƏZA

1776    |   2018-10-24 22:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hekayə

Rey BREDBERİ
(ABŞ)
- Siz arvadınızı öldürmək istəyirsiniz? - deyə yazı masasının arxasında əyləşmiş qarasaç kişi soruşdu.
- Bəli. Yox, yoxg Bu heç də elə deyil. Mən istəyirəm kig
- Ad və soyad?
- Mənim, yoxsa onun?
- Sizin.
- Corc Hill.
- Ünvan?
- Qlenvü, Sayt Sent-Ceyms, 11.
Kişi sifətini turşudaraq yazırdı.
- Bəs arvadınızın adı?
- Ketrin.
- Yaşı?
- Otuz bir.
Suallar bir-birinin ardınca yağdırılırdı. Saçlarının, gözlərinin, dərisinin rəngi, xoşladığı ətirlər, paltarının ölçüsü...
- Sizdə onun fotoşəkli varmı? Diktofona yazılmış səsi necə? Aha, görürəm ki, hazırlıqlı gəlmisiniz. Lap yaxşı. İndisə...
Düz bir saat ötdü. Corc Hill tamam tər içində idi.
- Vəssalam, - qarasaç kişi yerindən qalxıb Corca nəzər yetirdi. - Peşman deyilsiniz ki?
- Yox.
- Bunun qanunazidd hərəkət olduğunu bilirsinizmi?
- Bəli.
- Biz hadisələrin sonrakı nəticələrinə görə heç bir cavabdehlik daşımırıq.
- Allah eşqinə, tez qurtarın! - deyə Corc səsini ucaltdı. - Gör neçə vaxtdı məni sorğu-sual edirsiniz. Daha bəs deyilmi?
Kişi yüngülcə gülümsədi.
- Kuklanın, yəni arvadınızın surətini hazırlamaqdan ötrü hələ ən azı üç saat vaxt lazımdır. Dəhlizdən soldakı üçüncü aynalı otaq boşdur. Hələlik gedin orada oturub bir qədər mürgüləyin. Bu sizə raharlıq gətirəcək.
Corc astaca aynalı otağa tərəf addımladı. Qapını açıb mavi rəngli divanda uzandı. Bədəninin təzyiqi sanki tavandakı aynanı hərəkət etməyə məcbur edirdi. Zərif bir səs ucalmağa başladı":Yat... yat... yat..."
- Ketrin, ora getmək istəmirdim. Buna məni sən məcbur etdin... Aman Allah, mən daha burada qalmaq istəmirəm. Evə getmək istəyirəm... səni öldürmək istəmirəm... - deyə Corc yuxulu vəziyyətdə donquldadı.
Ayna səssizcə fırlanır, parıldayırdı.
Corc dərin yuxuya daldı.
Yuxuda gördü ki, yenə qırx bir yaşındadı. Keti ilə əl-ələ tutub yaşıl təpəyə doğru qaçırlar, daha sonra təbiətin seyrinə çıxırlar, onların uçduğu helikopter yaxınlıqda dayanıb. Külək şıltaqlıqla Ketinin saçlarına sığal çəkir, o isə xoşbəxtcəsinə gülüb şənlənir. Sonra onlar Keti ilə öpüşürlər, bir-birinin əlindən tutub heç nə yemir, vaxtlarını ancaq şeir söyləməklə keçirirlər.
Corcun gözünün qarşısında daha başqa səhnələr canlanır. Onlar helikopterlə 1997-ci ilin həmin məlum, uzun qızıl payız günündə Yunanstanın, İtaliyanın, İsveçrənin üzərindən elə hey uçur, amma heç yerdə daynmırlar.
Qəfildən qorxunc səhnə - Keti və Leonard Felps bir yerdədi. Corc yuxuda qışqırır. Axı, bu necə ola bilər? Felps haradan belə peyda olub onların dünyasına nüfuz etdi? Axı, niyə həyat bu qədər amansızdır? Bəs sadələlik, xeyirhahlıq necə oldu? Doğrudanmı bütün bunlar yaş fərqinə görəmi baş verir? Corcun əlliyə yaxın yaşı var, Keti isə gəncdir, çox gəncdir! Niyə, niyə?...
Bu səhnə həmişəlik onun yaddaşına həkk olunmuşdu. Leonard Felpslə Keti şəhərətrafı parkda görüşə çıxmışdı. Corc yoldakı döngədən elə vaxtda üzə çıxdı ki, Felpslə Keti öpüşürdü.
Bu səhnə Corcu hövsələdən çıxmağa məcbur etdi. Felpslə dalaşdı və hətta onu öldürməyə cəhd göstərdi.
Sonra sonu bilinməyən dəhşətli günlər...
Corc göz yaşları içərisində yuxudan oyandı.
- Cənab Hill, sizin üçün lazım olan hər şey artıq hazırdır.
Ağırlaşmış vəziyyətdə o, divandan qalxdı. Özünü uca və daha hərəkətsiz qalan aynada gördü. Bəli, doğrudan da Corc tam mənada əlli yaşlı kişiyə bənzəyirdi. Bu qorxunc bir səhv idi. Ondan da görkəmli, cəzbedici kişilər cavan qadınlarla evlənir, bir müddət sonra isə başa düşürdülər ki, arvadları necə onların qucağından sivişib çıxır, qəndin kristalları kimi suda əriyib yox olurlar. Corc acıqlı nəzərlərlə üst-başına göz yetirdi. Qarnı azca irəli çıxmışdı. Çənəsi də bir az qalınlaşmışdı. Bədənindən fərqli olaraq saçlarında bibərin və duzun miqdarı çox idi...
Qarasaç kişi onu başqa otağa gətirdi.
Az qala Corcun nəfəsi kəsiləcəkdi.
- Bu ki, Ketinin otağıdır!
- Şirkətimiz müştərilərinin istəklərini mümkün qədər təmin etməyə çalışır.
- Onun otağı! Hər şey bütün detallarına kimi burdadır!
Corc Hill on min dollarlıq qəbz yazdı. Kişi qəbzi götürüb getdi.
Otaqda sakitlik və istilik hökm sürürdü.
Corc əyləşib cibindəki tapançaya əlini toxundurdu. Gör ha, nə qədər pulundan keçdi... Amma varlı adamlar lazım gəldikdə özlərinə lüks "təmizləyici cinayət" hadisələrini törətməyi də rəva bilirlər. Zorsuz zorakılıq. Ölümsüz ölüm. Corc sakitləşdi. Qəfildən özündə rahatlıq tapdı. O, qapıya tərəf göz yetirdi. Yarım ildən bəri gözlədiyi an axır ki, yaxınlaşmaqda idi. Bir azdan hər şeyin sonu çatacaq... Ani olaraq otağa görünməz qüvvə ilə idarə olunan robot-kukla daxil oldu və...
- Salam, Corc.
- Keti!
O, ciddi-cəhdlə geriyə boylandı.
- Keti! - heyrətlə çığırdı.
Qadın arxasını Corca tərəf çevirmişdi. Onun əynində yaşıl rəngli don, ayaqlarında isə qızıldan toxunan başmaq vardı. Saçları dalğa kimi boynuna tökülmüşdü, mavi rəngli gözləri od saçırdı.
Corc qarşılaşdığı mənzərənin təsirindən hələm-hələm ayrıla bilmirdi. Axır ki, dilləndi:
- Sən gözəlsən.
- Məgər mən haçansa başqa cür olmuşam?
- İcazə ver, qoy sənə doyunca tamaşa edim, - Corc astaca özgə səslə qadından xahiş etdi.
O, əllərini qətiyyətsiz halda qadına toxundurdu. Ürəyində küt ağrı baş qaldırdı. Corc ağır hərəkətlərlə qadının ətrafında dolaşır, ehtiyatla onun bədəninə toxunurdu.
- Sən bəyəm bütün bu illər ərzində mənə baxa bilməmisən?
- Nə qədər baxsam da doya bilmirəm...- deyə Corc göz yaşları içərisində etiraf etdi.
- Mənimlə nə barədə danışmaq istəyirdin?
- Gözlə, sən Allah, bir az gözlə.
O, qəfildən taqətdən düşdü və divanda əyləşib titrək əllərini sinəsinə sıxdı. Sonra isə yerə əyildi.
- Bütün bunlar sadəcə mümkünsüz işdir. Elə bil kabusdur. Onlar sənin surətini yaratmağı necə bacardılar, bax bunu anlaya bilmirəm?
- Bu barədə danışmağı bizə qadağan ediblər. Çünki illüziya pozulur.
- Əsl cadugərlikdir.
- Yox, bu elmdir.
Ketrinin əlləri isti idi. Dırnaqları dəniz baıqqulağına bənzəyirdi. Bədənində heç bir xırda qüsur, hər hansı tikiş yeri müşahidə olunmurdu. Corc ona tamaşa edərkən həmin xoşbəxt günlərdə birlikdə tez-tez söylədikləri şeirin misraları yadına düşdü":Sən necə də gözəlsən, sevgilim, əcəb gözəlsən!.."
- Corc!
- Bəli? - Corcun gözləri buz parçası kimi idi.
O, Ketrini öpmək həvəsinə düşdü.
- Corc!
Onun qulaqlarına boğuq səs-küy dolmuşdu. Otaq başına fırlanırdı.
- Bəli, bəli, bu dəqiqəg - O, səs-küyü özündən uzaqlaşdırmaqdan ötrü başını sağa-sola yellədi.
- Axı, onlar bunu necə bacarıblar? - deyə Corc qışqırdı.
Belə tezliklə! Cəmi doqquz saata. Gör ha, Corcun yatıb yuxuya daldığı vaxt onlar Ketinin əsl obrazını yaradıblar. Həm də hər şey yerli-yerindədir. Bəs onun saçları? Onlara metal həşarətlər tərəfindənmi forma verilib? Yox, bu heç də elə deyil. Çox güman ki, qızılı-sarı alov dalğası qəlibə tökülməklə onu möhkəmləndiriblər...
- Əgər sən bu barədə nəsə danışmaq istəsən mən çıxıb gedərəm, - qadın bildirdi.
- Yox, yox, getmə!
- Onda gəl mətləbə keçək, - qadın soyuqqanlıqla dilləndi. - Sən mənimlə Leonard barədə danışmaq istəyirdin?
- Dayan, bu barədə bir qədər sonra.
- Yox, elə indi, - qadın israr etdi.
Corcda artıq nifrət hissi qalmamışdı. Ketrini görəndən sonra elə bil ki, ürəyində yuva salmış qəzəbi, kin-küdrəti dalğalar yuyub özü ilə aparmışdı. İndi o, özünü yaramaz bir oğlan uşağına bənzədirdi.
- Niyə yanıma gəldin? - deyə qadın üzündə heç bir təbəssüm olmadan soruşdu.
- Xahiş edirəmg
- Yox, cavab ver. Əgər Leonarda görədirsə, onu sevdiyimi yaxşı bilirsən.
- Sus! - O, qulaqlarını əlləri ilə qapadı.
Qadın isə davam edirdi :
- Sənə yaxşı məlumdur ki, indi mən həmişə onunla bir yerdəyəm. Biz Leonardla əvvəllər səninlə olduğumuz yerləri gəzib-dolaşırıq. Monte-Verdyedəki çəmənliyi xatırlayırsanmı? Biz ötən həftə onunla orada idik. Bir ay öncə isə Afinaya uçmuşduq, yol boyu şənlənmək üçün özümüzlə həm də bir qutu şampan şərabı götürmüşdük.
Corc qurumuş dodaqlarını yaladı.
- Sən günahkar deyilsən!Sənin heç bir günahın yoxdur! - Corc irəli çıxaraq onun əllərindən yapışdı. - Sən təzəcə dünyaya gəlmisən. Sən o deyilsən. Sənin heç bir günahın yoxdu. Bütün günahlar ondadı. Sən tamam başqasan.
- Yox, doğru deyil, - qadın bildirdi. - Mən elə həmin Ketiyəm. Mən ancaq onun kimi davrana bilərəm. Biz onunla praktiki olaraq eyni adamlarıq.
- Axı, sən özünü onun kimi aparmamısan.
- Yox, mən özümü məhz onun kimi aparmışam. Mən Leonardı öpmüşəm.
- Bu ola bilməz! Sən axı, təzəcə doğulmusan!
- Bəli, elədir ki, var. Mən onun keçmişndən və sənin yaddaşından doğulmuşam.
- Qulaq as, - Corc özünü dinləməyə təşviq edən yalvarışla Ketrindən ikiəlli yapışdı. - Bəlkə mümkün oldu... Bəlkə çoxlu pul verim? Səni buradan aparım? Biz Parisə, Stokholma, hara istəsən uçub gedərik!
Qadın güldü.
- Kuklalar satılmır. Onları yalnız icarəyə verirlər.
- Axı, mənim pulum var!
- Bunu çoxdan sınaqdan keçirmişik. Olmaz. Adamlar bundan ağıllarını itirirlər.
- Keti, mənim bircə istəyim var - səninlə bir yerdə olmaq.
- Bu, mümkün deyil - axı, mən son hüceyrəmə qədər əvvəlki Ketiyəm. Həm də ki, biz hər hansı rəqabətdən özümüzü qoruyuruq. Kuklaların şirkətin binasından çıxarılmaslna icazə verilmir. Çünki kənardan sirlərimizi bilən olar. Bu barədə daha kifayətdir. Mən axı, səni xəbərdar etmişdim: bu barədə bir kəlmə də danışmaq olmaz. Yoxsa illüziyanı məhv edə bilərsən. Gedərkən ayrılıqdan özünü bədgüman hiss edərsən. Axı, buna görə sən pul vermisən. Odur ki, bura nə üçün gəldiyini yaxşı anlamalısan.
- Axı, mən səni öldürmək istəmirəm.
- Amma sənin başqa hissən bunu istəyir. Sən sadəcə ürəyində yuva salmış bu arzunu boğmağa çalışırsan, ona baş qaldırmağa imkan vermirsən.
Corc cibindən tapançanı çıxardı.
- Mən qoca səfehəm. Gərək bura gəlməyəydimg Sən necə də gözəlsən!
- Bu gün axşam mən yenə də Leonardla görüşəcəyəm.
- Sus.
- Sabah səhər isə biz Parisə uçacağıq.
- Eşitmədinmi nə dedim?
- Oradan isə Stokholma gedəcəyik. - Ketrin xoşbəxcəsinə gülərək Corcun çənəsindən yapışdı:- Bax belə, mənim gombulum.
Kişinin daxilində nəsə hərəkətə gəldi. Onun rəngi ağardı. Corc açıq-aşkar onunla nə baş verdiyini anlayırdı. Gizli hirs, kin-küdurət, nifrət hissi onun qəlbini, fikrini, düşüncəsini ağuşuna almışdı. Özü də bilmədən o, görünməz saplarla kuklanı idarə etməyə başlamışdı.
- Koppuş qoca. Axı, haçansa gözəgəlimli idin.
- Əl çək!
- Desən də, deməsən də - sən qocasan, mənim isə cəmi otuz bir yaşım var. Eh, Corc, sən necə də kor olmusan - bütün həyatın boyu işləmisən, mən isə belə bir vaxtda yenidən sevmişəm... Leonard doğrudan da gözəldir, elə deyilmi?
Corc qadına baxmadan tapançanı qaldırdı.
- Keti.
- "Başı təmiz qızıldandır..." - deyə Ketrin pıçıldadı.
- Keti, lazım deyil! - Corc qışqırdı.

(ardı gələn sayımızda)

Tərcümə edəni:
Ağaddin BABAYEV



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK