adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Oktyabr 2018 22:19
6009
GÜNDƏM
A- A+

QOBUSTAN: DÖVLƏT QAYĞISININ PARLAQ NÜMUNƏSİ

(əvvəli ötən sayımızda)

Kənd təsərrüfatı ilə bağlı cənab Prezident bildirmişdir ki, ilk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik. Bu sahədə kiçik sahibkarlıq da öz rolunu oynayır və oynayacaq. İndi "ABAD" - "Ailə Biznesinə Asan Dəstək" mərkəzləri yaradılır.
Özünüməşğulluq sisteminin tətbiqi ilə bağlı məsələlərə də toxunan cənab Prezident bildirmişdir ki, bu sistem əlbəttə ki, təkcə kənd təsərrüfatı sahəsini əhatə etməyəcək.
Burada da hər il 6 min, 7 min iş yeri yaradılmalıdır.
Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq.
A.Məmmədov daha sonra rayonun sosial-iqtisadi və mədəni quruculuq işlərindən danışaraq bu istiqamətlərdə inkişafın dinamikliyini xüsusi vurğulamışdır. Həqiqətən də bu ilin doqquz ayı rayon üçün uğurlu olmuşdur.
Belə ki, 2018-ci ilin 9 ayında rayonun yerli gəlirləri üzrə mədaxil planı 2 milyon 193 min 400 manat plana qarşı 2 milyon 445 min 200 manat icra olunaraq 111,5 faiz yerinə yetirilmişdir. Fiziki şəxslərin əmək haqlarından gəlir vergisi 119,4 faiz icra edilmişdir. Hüquqi şəxslərin mənfəət vergisi 128,7 faiz, əlavə dəyər vergisi 101,8 faiz icra edilmişdir.
Aksiz vergisi planlaşdırılmadığı halda, bu tədiyyə növü üzrə 172,5 min manat vergi daxil olmuşdur.
Bu ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması istiqamətində də bir sıra mühüm işlər görülmüşdür. Qobustan Elektrik Şəbəkəsi tərəfindən rayonda qismən cari saxlama və təmir işləri aparılmış, Qobustan şəhərində kabelləşmə davam etdirilmişdir. 2018-ci ilin doqquz ayında rayon üzrə elektrik enerjisinin dəyərinin ödənişi 88,9 faiz, əhali istehlakçıları üzrə yığım isə ötən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz artaraq 94 faiz olmuşdur. Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində rayonda ev təsərrüfatlarının 80 faizindən çoxu, əhali üzrə isə 93 faizi təbii qazla təmin olunmuşdur.
Əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsində hər hansı problem yoxdur.
Bu ilin doqquz ayında rayon üzrə istehlak olunmuş təbii qazın dəyəri əhali üzrə 115,8 faiz ödənilmişdir.
Cənab Prezidentin sərəncamı ilə bu il Şıxzahırlı kəndinin qazlaşdırılmasına başlanılmış və işlər artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə Şıxzahırlı kəndinə təbii qaz veriləcək və bununla da rayon əhalisinin 96 faizi təbii qazla təmin ediləcəkdir.
Növbəti illərdə şəhərdə qazlaşmayan evlərin qazlaşdırılması, Təsi, Sədəfli, Cəngi, Qaracüzlü, Nardaran və Ceyrankeçməz kəndlərinin də qazlaşdırılması istiqamətində işlər görülməlidir. İnanırıq ki, növbəti illərdə bu məsələ öz müsbət həllini tapacaqdır.
Əhalinin içməli su təminatı istiqamətində işlər davam etdirilir. Vaxtilə rayonda demək olar ki, heç bir kənddə içməli su şəbəkəsi olmadığı halda, hazırda rayon sakinlərinin 35 faizindən çoxu içməli sudan normal istifadə edirlər. Növbəti illərdə ilk növbədə 2013-cü ildə içməli su xətti çəkilmiş Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərində şəbəkənin qurulmasına, eyni zamanda Xilmilli və digər kəndlərdə içməli su təminatının yaxşılaşdırılmasına diqqət yetiriləcək.
Cənab Prezidentin sərəncamı ilə bu il əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Çuxanlı və Sündü kəndlərində 1 ədəd artezian quyusunun qazılması başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Hesabat dövründə əhalinin sosial müdafiəsi məsələləri də diqqət mərkəzində olmuşdur. Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən 78 aztəminatlı ailəyə, Rayon İcra Hakimiyyəti tərəfindən isə Novruz, Ramazan və Qurban bayramlarının hər birində 525 ailəyə bayram sovqatı verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsi tərəfindən 2018-ci ilin 9 ayında 61 nəfərə əmək pensiyası, 205 nəfərə sosial müavinət, 326 ailənin 370 yeni doğulmuş uşağına birdəfəlik müavinət, 166 nəfərə dəfnlə əlaqədar birdəfəlik müavinət, əmək qabiliyyətini itirdiyinə görə 12 nəfərə sosial sığorta ödənişi, 105 nəfərə qismən ödənilən analıq məzuniyyətinə görə müavinət, 14 nəfər Çernobl əlilinə birdəfəlik kompensasiya, 18 nəfər pentensiar xidmətdən azad olunmuş şəxsə birdəfəlik müavinət, 2 aztəminatlı ailənin 3 (1 yaşadək) uşağına müavinət verilmişdir. Hazırda rayon üzrə 4468 nəfərə əmək pensiyası, 2529 nəfərə sosial müavinət verilir.
71 nəfər tənha yaşayan şəxsə 9 nəfər sosial işçi tərəfindən xidmət göstərilir.
Bu il cənab Prezidentin sərəncamı əsasında Şəhid ailələrinə 11000 manat sığorta pulunun verilməsini hər bir Şəhid ailəsi böyük diqqət kimi qəbul edir və çoxsaylı görüşlərdə bununla bağlı cənab Prezidentə öz minnətdarlıqlarını ifadə etmişlər.
Hazırda rayonda 3 Qarabağ əlili və 1 şəhid ailəsi üçün fərdi mənzillər tikilmişdir, lakin son tamamlama işlərində ləngimələrə yol verilir ki, bu istiqamətdə işlər sürətləndirilməlidir.

(ardı gələn sayımızda)

Məzahir
ƏHMƏDZADƏ