warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Məhkumlara narkotik və telefon keçirilməsi cəhdlərinin qarşısı alınıb Adalet.az | Məhkumlara narkotik və telefon keçirilməsi cəhdlərinin qarşısı alınıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Məhkumlara narkotik və telefon keçirilməsi cəhdlərinin qarşısı alınıb

7404    |   2018-10-24 19:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına, 2 saylı İstintaq təcridxanasına və Şəki Penitensiar müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Adalet.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Muxtarov Vüqar Habil oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 15,380 qram olan narkotik maddə - "Heroin” aşkar edilib.

Cinayət Məcəlləsinin 177.3.2; 186.2.1 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Heydərov Rüstəm Fərrux oğluna qardaşı Goranboy rayon sakini Heydərov Ruslan Fərrux oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman torbada olan narların arasında gizlədilmiş bir ədəd "Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.9; 120.2.11; 181.3.3 və 66.3-cü maddələrinə əsasən 12 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində saxlanılan məhkum Rüstəmov Orxan Kamran oğlunun yanına qısamüddətli görüşə gəlmiş bibisi Mingəçevir şəhər sakini Rüstəmova Nəzakət Kamal qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 2,36 qram olan narkotik maddə - "Marixuana” aşkar edilib.

Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən həbs edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində saxlanılan şəxs Mustafayev Nurəddin Novruz oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası Şəki şəhər sakini Mustafayeva Zərnaz Fikrət qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman adyalın arasında gizlədilmiş bir ədəd "Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.




İmza:

Qubada evə basqın edən şəxs saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Sumqayıtda metaləritmə sexindən 31 ton metal oğurlandı

Gəncədə ƏMƏLİYYAT - Silahlı şəxslər tutuldu

Bakıda silah və narkotik gəzdirən şəxs həbs olundu

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Polisdən uğurlu ƏMƏLİYYAT: “Səbiş” ləqəbli narkotacir saxlanıldı

Polisdən ƏMƏLİYYAT: "Çöpçü Rauf” tutuldu

İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirən Masallı sakini saxlanılıb

Sabirabadda yorğana bükülmüş meyitin şəxsiyyəti müəyyənləşdi - Faktla bağlı bir nəfər saxlanılıb

Axtarışda olan Türkiyə vətəndaşı Bakı hava limanında yaxalandı

Azərbaycanda 10 kq-dan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK