adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Oktyabr 2018 19:06
11673
KRİMİNAL
A- A+

İcazəsiz ov edən şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Vaqif Əliyev və Rauf Əliyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 2005 manat məbləğində cərimə və ziyan tətbiq olunub.